Siyasət

  • 6 824

Resurs Analitik İnformasiya Mərkəzindən "Səs" qəzetinə təbrik - MƏKTUBU

image

Resurs Analitik İnformasiya Mərkəzi İctimai Birliyindən redaksiyamızın elektron poçtuna "Səs" qəzetinin 29 yaşının tamam olması münasibətilə təbrik məktubu ünvanlanıb. Məktubda deyilir:

Hörmətli Bəhruz müəllim!
Resurs Analitik İnformasiya Mərkəzi İctimai Birliyi sizi və sizin simanızda Azərbaycan mediasında özünəməxsus yeri və rolu olan “Səs” qəzetinin kollektivini 29 illik fəaliyyətiniz münasibətilə təbrik edir, məsuliyyətli və şərəfli işlərinizdə yeni yaradıcılıq uğurları arzulayırıq.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Ümummilli Liderimizin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizin bütün sahələrinin uğurlu inkişafı naminə davam etdirdiyi siyasətini, həyata keçirdiyi genişmiqyaslı islahatlarını, qazanılan uğurlarını ölkə daxilində və beynəlxalq aləmdə təbliğində “Səs” qəzetinin böyük xidmətləri var. Əminik ki, Azərbaycan mediasında öz dəst-xətti ilə seçilən qəzetiniz bundan sonra da bu ənənəni uğurla davam etdirəcək və ölkəmizdə informasiya cəmiyyətinin inkişafına öz dəyərli töhfələrini verəcək.Sizi 29 yaşınız münasibətilə bir daha təbrik edir, kollektivinizin bütün üzvlərinə can sağlığı və xoşbəxtlik arzulayırıq.

Resurs Analitik İnformasiya Mərkəzi

Digər xəbərlər