Siyasət

  • 4 980

“Könüllülər İli" hər bir azərbaycanlı üçün uğurlu olsun" – BƏHRUZ QULİYEV

image

"Prezident İlham Əliyevin 2020-ci ili "Könüllülər İli" elan etməsi özündə bir sıra mühüm məziyyətləri əks etdirir və xüsusilə, könüllülük hərəkatının daha da stimullaşmasına geniş, münbit şərait yaradır". SİA xəbər verir ki, bu fikirləri olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzu ilə bağlı şərhində bildirib.Onun sözlərinə görə, Azərbaycanda könüllülük hərəkatının tətbiqi, reallaşdırılması eyni zamanda gənclərin gələcək həyatlarının formalaşmasına, xüsusilə onların müxtəlif ixtisaslar üzrə kadr kimi yetişmələrinə təkan verir: "Bu model özünün müasirliyi, kreativliyi ilə yanaşı, eyni zamanda gənclərin sağlam mühitdə inkişafı prosesində əhəmiyyətli məqamları ehtiva etməkdədir. O da əbəs deyil ki, cənab İlham Əliyev daim gənclərin yanında olduğunu bəyan edir, onların ölkənin inkişaf və tərəqqisi üçün böyük bir güc olduğunu vurğulayır. Bu baxımdan, könüllülər hərəkatı get-gedə daha da güclənir, əhatə dairəsini böyüdür. ASAN XİDMƏT-dən başlanan yol sonradan bir çox qurumlarda, habelə beynəlxalq mədəniyyət tədbirlərinə, idman yarışlarına qədər gedib-çıxdı və qarşıda daha yüksək zirvələri fəth edəcək. Ölkəmizdə baş tutan Formula 1 yarışlarında iştirak edən könüllülər Birinci Avropa Oyunlarında da öz peşəkarlıqları ilə seçildilər. Qarşıdan UEFA-nın Bakıda keçiriləcəyi oyunları gözlənilir və artıq könüllülərimiz bir neçə mərhələləri uğurla adladıqdan sonra bu mərhələdə də yüksək keyfiyyətlərini ortaya qoyacaqlar"."Ümumiyyətlə, sözügedən model MDB məkanında, eləcə də beynəllxalq aləmdə mövcud olsa da, Azərbaycanın könüllüllər modeli bütün bunları üstələyir", deyə qeyd edən Bəhruz Quliyev onu da bildirib ki, hər bir gənc bu prosesdə iştirak etməklə, yeni qarşıladığımız 2020-ci ilə öz töhfələrini verə bilərlər: "Hesab edirəm ki, Könüllülər İli həm də gənclərimizin inkişaf və tərəqqi ili kimi tarixə düşəcək və əlbəttə ki, dövlət başçımız cənab İlham Əliyevin bu qərarı yeniyetmə və gənclərimizin sağlam ruhda inkişaflarına, həyatlarında arıdıcl uğur qazanmalarına hesablanmış addımdır. "Könüllülər İli" hər bir azərbaycanlı üçün uğurlu olsun".

sia.az

Digər xəbərlər