Siyasət

  • 6 613

Yankauskas: Avropanın enerjiyə olan böyük tələbatı “Cənub Qaz Dəhlizi” vasitəsilə tədarükü artıracaq

image

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində əməkdaşlıq “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsindən kənara çıxır.

Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib. Onun sözlərinə görə, tərəflər arasında irimiqyaslı olmayan və vacib əhəmiyyət daşıyan digər layihələr də mövcuddur.
K.Yankauskas bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanla Aİ-ni fiziki olaraq birləşdirəcək: “Bu, həm Azərbaycana, həm də Aİ-yə qarşılıqlı səmərə gətirəcək əlamətdar layihədir. Azərbaycan üçün bu, avropalı müştərilərdən stabil gəlir, Avropa İttifaqı üçünsə yeni mənbədən yeni tədarük marşrutu deməkdir. Bu, həm də şaxələndirməyə və daha geniş seçim imkanına, beləliklə, daha böyük rəqabətə və istehlakçılar üçün daha uyğun qiymətlərə gətirib çıxaracaq”.
O xatırladıb ki, 2019-cu ildə Türkiyə-Yunanıstan sərhədində Trans-Anadolu qaz kəməri (TANAP) ilə Trans-Adriatik qaz kəmərinin (TAP) birləşmə sahəsinin açılışı olub:
“Biz TAP-ın bu il tam başa çatacağını gözləyirik. 2020-ci il “Cənub Qaz Dəhlizi”nin sonu deyil, başlanğıcını ifadə edəcək. Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) və qaz kəmərinin Qərbi Balkanlaradək uzadılması imkanı sayəsində bizim enerji əməkdaşlığımızın möhkəmləndirilməsi imkanları mövcuddur. Avropanın enerjiyə olan böyük tələbatı “Cənub Qaz Dəhlizi” vasitəsilə tədarükü artıracaq. Bu da Azərbaycanın və bəlkə də Türkmənistanın Xəzər dənizindəki yataqlarından təmin olunacaq”.

yap.org.az

Digər xəbərlər