Siyasət

  • 6 981

Parlament seçkilərində namizədlərlə seçicilərin görüşməsi üçün lazımi şərait yaradılıb

image

Azərbaycanda Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərdə namizədlərin seçiciləri ilə görüşməsi üçün lazımi şərait təmin olunub. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.O bildirib ki, bütün seçki dairələrində namizədlərin öz seçiciləri ilə görüşməyi üçün ciddi tələblərə cavab verən yerlər ayrılıb: "Həmin ərazilər MSK tərəfindən yoxlanılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq açıq və qapalı yerlər ayrılıb. Həmin yerlər rəsmi şəkildə mətbuatda da dərc edilib. Namizədlər sərbəst şəkildə ayrılmış yerlərdə seçiciləri ilə görüşə bilərlər".

sia.az

Digər xəbərlər