Siyasət

  • 6 843

İsrailli siyasi texnoloq: "Azərbaycanın təkmilləşmiş seçki sistemi bütün region üçün nümunədir"

image

“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə ciddi islahatlar aparılır. Əlbəttə ki, qanunverici orqan olaraq parlamentin də bu islahatlarla ayaqlaşmaq istəyi təbiidir. Struktur və kadr dəyişiklikləri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında aparılan gəncləşmə siyasəti insanlar tərəfindən hər zaman müsbət qiymətləndirilir”. SİA-nın secki-2020.az saytına istinadən verdiyi xəbərə görə, bunu açıqlamasında israilli siyasi texnoloq Yuriy Boçarov deyib.Onun sözlərinə görə, deputatlığa namizədlərdən daxil olmuş müraciətlərin təhlili ölkədə demokratik seçki mühitinin olduğundan xəbər verir. “Hər bir deputat mandatı uğrunda mübarizədə namizədlərin sayının çoxluğu ölkədə şəffaf seçki mühitini və parlamentin yüksək nüfuza malik olduğunu göstərir. Bu, həm də o deməkdir ki, insanlar qanunun aliliyinə və layiqli namizədlərin ölkənin qanunverici orqanına seçiləcəyinə inanırlar”.Y.Boçarov bildirib ki, Azərbaycanın kifayət qədər təkmilləşmiş seçki sisteminin olması, habelə insanların iştirak etmək istəyi təkcə ölkə üçün deyil, bütün region üçün nümunədir: “Azərbaycanda təkmil seçki sistemi, seçicilərin siyahısının onlayn yayılması, seçki məntəqələrində videokameraların quraşdırılması şəffaflıq göstəricisidir”

sia.az

Digər xəbərlər