Siyasət

  • 8 631

Sevinc Fətəliyeva: Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır

image

“Azərbaycanın xarici siyasətində Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir. Azərbaycan bu istiqamətdə prinsipial mövqeyini, işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün fəaliyyətini davam etdirir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, bu gün Cənubi Qafqaz bölgəsinin təhlükəsizlik balansını pozan əsas amil Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişə bölgənin ümumi inkişafına mane olmaqla yanaşı, yeni əməkdaşlıq platformalarının da reallaşdırılmasını əngəlləyir.
“Azərbaycan üçün başlıca prinsipial məsələ məhz beynəlxalq hüquqa və ədalətə söykənərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə nail olmaqdır. Ermənistanın qeyri-konstruktiv mövqeyini və bir sıra aparıcı dövlətlərin münaqişəyə ikili yanaşmasını sürdürdüyü bir vaxtda Azərbaycan istər diplomatik, istərsə də iqtisadi vasitələrlə işğalçı ölkəyə qarşı təzyiq siyasətini davam etdirir. Bütövlükdə, Azərbaycan tərəfi münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv mövqe sərgiləyib. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır. Əlbəttə ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə tam hüququ var. Sadəcə, dövlətimiz qan tökülməsini istəmir. Bu gün Azərbaycanın güclü ordusu var və torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Eyni zamanda, 2016-cı ilin aprel döyüşləri, həmçinin ordumuzun Naxçıvan əməliyyatı bir daha ordumuzun gücünü göstərdi. Doğrudur, işğalçı Ermənistana havadarlıq edən xarici qüvvələr var, münaqişənin sülh yolu ilə həllində beynəlxalq birlik qətiyyət göstərmir. Amma heç kim Azərbaycanın öz torpaqlarını azad etmək hüququndan çəkindirə bilməz”-deyə, S.Fətəliyeva vurğulayıb.

yap.org.az

Digər xəbərlər