Siyasət

  • 7 207

YAP Daşkəsən rayon təşkilatında partiya fəalları ilə görüşlər keçirilib

image

Dünən YAP Daşkəsən rayon təşkilatının Kəmərqaya kənd və Daşkəsən qəsəbə ərazi ilk partiya təşkilatlarında partiya fəalları ilə görüşlər keçirilib. Görüşdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev və rayon təşkilatı idarə heyətinin bir qrup üzvü iştirak edib. Görüşdə 23 dekabr 2019-cu il tarixdə keçirilən bələdiyyə seçkilərinin nəticələri və 9 fevral 2020-ci il tarixdə keçiriləcək parlament seçkilərinə hazırlıq işləri müzakirə olunmuş, partiya fəallarının qarşısında duran məsələlər ətraflı şəkildə təhlil olunmuşdur. Görüşdə çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev seçki fəallığının artırılması üçün seçicilər arasında təbiliğati işlərin aparılmasının əhəmiyyətli rol oynadığını bildirb. Onu da qeyd edib ki, seçkilərdə müşahidəçilərin üzərlərinə mühüm vəzifələr düşür. Təşkilat sədri seçkilərlə bağlı öz tövsiyə və məsləhətlərini verib.

Rəfiqə

Digər xəbərlər