Siyasət

  • 7 294

YAP Səbail rayon təşkilatı rayon şurasının və idarə heyətinin iclası keçirilib

image

Yanvarın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının rayon şurasının və idarə heyətinin geniş tərkibdə iclası keçirilib.AZƏRTAC xəbər verir ki, iclasda ötən il YAP Səbail rayon təşkilatı tərəfindən görülən işlər müzakirə olunub və 2020-ci il üçün iş planı təsdiqlənib.İclasda çıxış edən YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev gündəlikdə duran məsələlər haqqında məlumat verib.2019-cu ilin ölkəmiz üçün uğurlu olduğunu diqqətə çatdıran Ş.Hacıyev ötən ilin Azərbaycan xalqının tarixinə islahatlar ili kimi yazıldığını bildirib. O, Prezident İlham Əliyevin ilin yekunları ilə bağlı müşavirədə çıxışına toxunaraq deyib: “Azərbaycan müstəqil siyasət yürütməklə dayanıqlı inkişaf yolunda inamla irəliləyir. Ötən il ölkəmiz üçün çox uğurlu olub. Sosial layihə çərçivəsində insanların rifah halı yaxşılaşıb. Eyni zamanda dərin, köklü islahatlar həyata keçirilib”. Qeyd edib ki, ölkəmizdə yenilənmə, gəncləşmə prosesi hər bir vətəndaşın ürəyincədir və xalqımız tərəfindən dəstəklənir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan olunması dövlətin gənclər siyasətinin parlaq təzahürüdür.Ötən ili Yeni Azərbaycan Partiyası üçün də uğurlu hesab edən Ş.Hacıyev bildirib ki, YAP Səbail rayon təşkilatının sıraları daha da genişlənib və partiyanın yeni üzvləri arasında gənclər, qadınlar üstünlük təşkil edir.Ötən ilin yekunları ilə bağlı iclasda, həmçinin fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar YAP Səbail rayon təşkilatında təbliğat-təşviqat kampaniyasının aparılması, seçicilərlə görüşlər, qərargahın fəaliyyəti ilə bağlı söhbət aparılıb, 20 Yanvar faciəsinin ildönümünə hazırlıqlar barədə məlumat verilib.Sonra Yeni Azərbaycan Partiyasının yaradıcısı ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar tədbirlər planı müzakirə edilərək təsdiq olunub.Daha sonra YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının, Gənclər Təşkilatının, Nəzarət-təftiş komissiyasının 2020-ci il üçün iş planları təsdiq edilib.Qeyd edək ki, YAP Səbail rayon təşkilatının illik hesabat yığıncağının fevral ayında təşkili nəzərdə tutulur.
AZƏRTAC

Digər xəbərlər