Siyasət

  • 6 782

Qayananın Xarici İşlər naziri: Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıyıq

image

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Qayananın Xarici İşlər naziri Karen Kamminqs iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçiriblər.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Elmar Məmmədyarov həmkarı Karen Kamminqsə Azərbaycan ilə Qayana arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbriklərini çatdırıb. Bildirilib ki, iki xalq arasında dostluq və qarşılıqlı anlaşma ruhuna əsaslanan əməkdaşlıq ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar yaradır.Nazir Elmar Məmmədyarov Qayananın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində də qeyd olunduğu kimi, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli istiqamətində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.Sonra Elmar Məmmədyarov iki ölkə arasında ortaq maraq və dəyərlərə əsaslanan mövcud çoxşaxəli əməkdaşlığın inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduğunu qeyd edib.Qayananın Xarici İşlər naziri Karen Kamminqs ölkəsi Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Azərbaycan Hökumətini və xalqını təbrik edib.Karen Kamminqs iki ölkə arasında mövcud olan səmimi münasibətlərin xalqlarımızın rifahı üçün ortaq baxış və dəyərlərə əsaslandığını bildirib. 1995-ci il yanvarın 9-da diplomatik münasibətlərin qurulmasından ötən 25 il ərzində ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmləndiyini vurğulayıb.O, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT-də islahatlar və iqlim dəyişikliyi mövzularında iki dövlət arasında qarşılıqlı maraq doğuran birgə ikitərəfli əməkdaşlığın dərinləşməsinə toxunub.Qayananın Xarici İşlər Naziri qarşıdakı illərdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bir daha diqqətə çatdırıb.Xatırladaq ki, Azərbaycan və Qayana arasında diplomatik münasibətlər 1995-ci il yanvarın 9-da qurulub.
AZƏRTAC

Digər xəbərlər