Siyasət

  • 6 408

BMT-Azərbaycan yüksək səviyyəli milli məsləhətləşmə seminarı keçirilib YENİLƏNİB -TƏDBİR

image

Bu gün BMT-nin “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin (UNSDCF) hazırlanması məqsədilə yüksək səviyyəli milli məsləhətləşmə seminarı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycanın dövlət rəsmiləri ilə yanaşı, BMT-nin rezident və qeyri-rezident qurumlarının, həmçinin özəl sektorun və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Sədri, Baş Nazirin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”ndən irəli gələn məqsədlər və Azərbaycanın DİM-lərə nail olunması istiqamətində gördüyü işlər barədə məlumat verib.O, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası çərçivəsində aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirildiyini, Azərbaycanın inkişaf prioritetlərinin DİM-lərə uyğunlaşdırıldığını və ölkəmizdə həyata keçirilən dövlət proqramları və digər sənədlərdə DİM-lərin nəzərə alındığını, UNSDCF-in ikitərəfli əməkdaşlıqda önəmli olacağını qeyd edib.Azərbaycanla BMT arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edən BMT-nin rezident əlaqələndiricisi Qulam İsaqzai Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bu cür tərəfdaşlığın yeni beşillik sənəd çərçivəsində də davam edəcəyinə əminliyini vurğulayıb. Q.İsaqzai tədbir iştirakçılarına yeni nəsil UNSDCF və BMT-nin inkişaf sistemində aparılan islahatlar haqqında ətraflı məlumat verib. DİM-lərə nail olmaq üçün cəmi on ilin qaldığını vurğulayan BMT-nin rezident əlaqələndiricisi hökumətlərlə yanaşı, özəl sektor və vətəndaş cəmiyyətinin də 2030-cu il Gündəliyinin icrasında fəal rol oynamasının vacibliyini qeyd edib.İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və BMT arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini, ölkəmizin BMT-nin inkişafla bağlı qlobal təşəbbüslərində fəal iştirak etdiyini, bu sahədə bir sıra mühüm sənədlərin imzalandığını diqqətə çatdırıb. Nazir bildirib ki, Azərbaycan yoxsulluğa qarşı mübarizədəki uğurlarına görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xüsusi mükafatına layiq görülüb: “Azərbaycan BMT-nin "Minilliyin İnkişaf Məqsədləri" Bəyannaməsinin davamı olaraq BMT tərəfindən 2016–2030-cu illər üçün təsdiqlənmiş yeni qlobal Dayanıqlı İnkişaf Məqsədləri Sazişinə qoşulub. “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” isə “heç kimin kənarda qalmaması”, insan hüquqları, gender bərabərliyi, dayanıqlı inkişaf, davamlılıq və cavabdehlik prinsiplərinə əsaslanacaq".Tədbir çərçivəsində keçirilən panel müzakirələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, UNSDCF-in Planlama Prosesi üzrə məsləhətçisi Peter Middlebrook və digərləri DİM-lərə nail olunması üçün dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq, sosial və ekoloji perspektivdə Azərbaycan üçün prioritet kimi müəyyənləşdirilmiş məqsəd, hədəf və göstəricilərin inkişaf gündəliyinə tam inteqrasiya edilməsi məqsədilə görülən işlər barədə məlumat veriblər. Tədbir Azərbaycan-BMT əməkdaşlığı çərçivəsində görüləcək işlər, inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, ilkin UNDSDCF-in nəticələri üzrə sessiyalarla davam edib.

sia.az

Digər xəbərlər