Siyasət

  • 6 688

YAP Şəmkir rayon təşkilatı tərəfindən partiyanın millət vəkilliyinə irəli sürülmüş namizədlərinin təbliğat-təşviqat kampaniyasına start verildi

image

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı tərəfindən 09 fevral 2020-ci il tarixdə ölkəmizdə keçiriləcək VI çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyasına start verildi.

Kampaniya çərçivəsində partiyanın millət vəkilliyinə vahid namizədləri 98-saylı Şəmkir şəhər Seçki Dairəsi üzrə Qafarova Sahibə Əli qızı, 99-saylı Şəmkir kənd Seçki Dairəsi üzrə Həsənov Nurlan Urfan oğlu, 100-saylı Şəmkir-Daşkəsən Seçki Dairəsi üzrə Bayramov Kamran Fərhad oğlunun, üzərində Yeni Azərbaycan Partiyasının “Daha güclü Azərbaycan naminə” şüarı yazılan təbliğat plakatları müvafiq məntəqə seçki komissiyalarının təbliğat lövhələrinə yerləşdirildi.
Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının gənc fəalları və könüllülərinin iştirakı ilə təbliğat-təşviqat kampaniyası yüksək səviyyədə və mütəşəkkil başlanıldı.
Təbliğat-təşviqat kampaniyası müddətində Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Şəmkir rayon şöbəsi öncədən təsdiq olunmuş qrafikə uyğun olaraq mütəmadi təbliğat görüşləri keçirəcək və seçicilərin seçki prosesinə fəal qoşulması istiqamətində silsilə görüşlər təşkil edəcək.

yap.org.az

Digər xəbərlər