Siyasət

  • 7 335

Nərimanov rayonunda YAP-ın deputatlığa namizədlərinin təbliğat kampaniyasına uğurla start verilib

image

Yeni Azərbaycan Partiyası seçki qanunvericiliyinə uyğun olaraq fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı seçki kampaniyasını uğurla davam etdirir. Artıq yanvarın 17-dən seçki kampaniyasının təbliğat-təşviqat mərhələsinə start verilib.

Bununla əlaqədar olaraq, partiyanın rayon və şəhər təşkilatları bütün imkanlarını səfərbər ediblər. Qeyd edək ki, YAP-ın Nərimanov rayon təşkilatının Seçki Qərargahı da parlament seçkiləri kampaniyasını fəal şəkildə həyata keçirir. Belə ki, Nərimanov rayonunda Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib.

yap.org.az

Digər xəbərlər