YAP Səbail rayon təşkilatı VI çağırış Milli Məclis seçkilərinin təşviqat mərhələsinə start verdi

09 fevral 2020-ci il tarixində keçiriləcək VI çağırış Milli Məclis seçkiləri ilə əlaqədar bu gün YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsində seçki qanunvericiliyinə uyğun olaraq Yeni Azərbaycan Partiyası tərəfindən 29 saylı Səbail seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Hüseynova Aytən Arif qızının təşviqat kampaniyasına start verildi.Partiyanın gənc fəallarından təşkil olunmuş bir neçə komanda səhər saatlarında Milli Məclis seçkiləri ilə bağlı təşviqat materiallarını 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə ümumilikdə 40 seçki məntəqəsinin ərazisində quraşdırılmış təşviqat lövhələrinə vurmağa başladılar.Tərtib olunmuş təbliğat-təşviqat qrafikinə uyğun olaraq 18 yanvar tarixindən başlayaraq rayon seçiciləri ilə görüşlər keçiriləcəkdir.

yap.org.az