Siyasət

  • 6 431

YAP Ağdaş rayon təşkilatı Milli Məclisə seçkilərin təbliğat-təşviqat kampaniyasına start verdi

image

09 fevral 2020-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsi Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bu gündən seçkinin təbliğat-təşviqat kampaniyasına start verdi. İlk olaraq partiyanın rayon təşkilatının Gənclər Birliyinin fəallarından təşkil olunmuş qruplar tərəfindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş və Dairə Seçki Komissiyası tərəfindən qeydə alınmış Cavid Osmanovun şəkli əks olunmuş plakatları 90 saylı Ağdaş Seçki Dairəsinin əhatə etdiyi 40 seçki məntəqəsinin ərazisində qurulmuş təşviqat lövhələrinə vuruldu. Bu kampaniya rayon ərazisində səhər saatlarında uğurla başa çatdı.Tərtib olunmuş qrafikə uyğun olaraq rayon seçiciləri ilə görüşlər keçiriləcəkdir.

yap.org.az

Digər xəbərlər