Siyasət

  • 7 657

17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd Elnur Allahverdiyev seçicilərlə ilk görüşünü keçirib

image

17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd Elnur Allahverdiyev təbliğat kampaniyası çərçivəsində ilk görüşünü Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının binasında yerli fəallarla keçirib.
Tədbiri giriş sözü ilə açan partiyanın Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd E.Allahverdiyev barədə məlumat verərək bildirdi ki, YAP-ın bu seçkilərdə 123 namizədi var və onların əksəriyyəti yeni dünyagörüşlü, gənc kadrlardır. T.Əhmədov qeyd etdi ki, Yasamaldan partiya tərəfindən irəli sürlümüş digər namizədləri kimi, E.Allahverdiyevin də fevralın 9-da qələbə çalacağına tam əmindir.
E.Allahverdiyev çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisə seçkilərdə partiya sıralarından namizədliyi irəli sürülmüş gənclərə böyük etimad göstərdiyini bildirib və qeyd edib ki, aktiv təbliğat kampaniyası keçirib qələbə qazanmaqla bu etimadı doğrultmağa çalışacaq. Yasamal rayonunun Bakının ən sürətlə dəyişən və yenilənən hissəsi olduğunu deyən E.Allahverdiyev abadlıq və quruculuq işlərinin davam edəcəyini bildirib və seçiləcəyi tədqirdə millət vəkili olaraq bu prosesə hər cür dəstək və kömək göstərməyə hazır olduğunu söyləyib. E.Allahverdiyev qeyd edib ki, partiya rəhbərliyi tərəfindən onun qarşısına seçicilərin rəğbətini qazanmaq, seçkilərdə qələbə çalıb sıravi vətəndaşlara xidmət etmək vəzifəsi qoyulub.

yap.org.az

Digər xəbərlər