Siyasət

  • 5 602

Sədaqət Vəliyeva ev görüşlərinə şəhid Zakir Cəfərovun ailəsinin mənzilindən başladı

image

09 fevral 2020-ci il tarixində keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş 25 saylı Nizami ikinci seçki dairəsindən Vəliyeva Sədaqət Süleyman qızının təbliğat-təşviqat kampaniyası çərçivəsində “qapı-qapı” görüşlərinə start verilib.
25 saylı Nizami II seçki dairəsi üzrə YAP-ın namizədi Vəliyeva Sədaqət Süleyman qızı ev görüşlərinə şəhid Zakir Cəfərovun ailəsinin mənzilindən başlayıb.
Rüstəmov, Çobanzadə, Naxçıvanski, B.Nuriyev və M.X.Şərifli küçələrindəki binaların sakinlərilə keçirilən görüşlərdə deputatlığa namizəd Sədaqət Vəliyevanın ötən 5 il ərzindəki fəaliyyəti barədə hesabat verilib və onun növbəti 5 illik üçün proqram və platforması barədə seçicilərə məlumat çatdırılıb.
Seçicilər öz növbələrində yekdil olaraq bildirirlər ki, YAP-ın Nizami rayonundan namizədliyi irəli sürülmüş Vəliyeva Sədaqət Süleyman qızı hər zaman insanlara xüsusi diqqət göstərib.
Seçicilər eyni zamanda, ümumi problemlərlə bağlı fikirlərini bildirib və onların aradan qaldırılmasına köməklik edilməsi üçün müraciət ediblər.
Deputatlığa namizəd YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva da seçicilərə öz təşəkkürünü bildirərək qeyd edib ki, ötən 5 il ərzində ona səs vermiş seçicilərin etimadını doğrultmağa çalışıb. Həmçinin, sakinlər tərəfindən qaldırılmış məsələlərin vaxtında həll edilməsi üçün müvafiq orqanlara müraciət edəcəyini qeyd edən Sədaqət Vəliyeva seçiciləri aktiv olmağa və fevralın 9-da məntəqələrə gedərək ən layiqli namizədə səs verməyə çağırıb.
Seçicilər bir daha deputat Vəliyeva Sədaqət Süleyman qızının ötən illərdəki fəaliyyətindən razılıqlarını bildirib və qəti şəkildə deyiblər ki, Azərbaycanı sabit və dinamik tərəqqi edən ölkə kimi idarə edən Prezident İlham Əliyevin Sədri olduğu, seçkilərə “Daha güclü Azərbaycan naminə” şüarı ilə gedən partiyanın namizədi Vəliyeva Sədaqət Süleyman qızına yenidən səs verəcəklər.

yap.org.az

Digər xəbərlər