Siyasət

  • 5 442

Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə əlaqədar yap2020.az seçki saytı fəaliyyətə başladı

image

Yeni Azərbaycan Partiyasının ölkəmizdə keçiriləcək parlament seçkilərinin təbliğat-təşviqat mərhələsini əhatə edəcək yap2020.az seçki saytı fəaliyyətə başladı.
“Daha güclü Azərbaycan naminə!” şüarı ilə təqdim edilən seçki saytında “Seçki proqramı”, “Xəbərlər”, “Müsahibələr” və “Namizədlər” bölmələri yaradılıb.
Seçki proqramı” bölməsində bildirilir ki, ölkəmizin siyasi sistemində aparıcı rola malik olan Yeni Azərbaycan Partiyası bu seçkilərə böyük ruh yüksəkliyi və möhtəşəm qələbə əzmi ilə qatılır. Bölmədə Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə inkişaf etdirilməsinın hədəfləri qeyd olunur. Eləcə də, ölkəmizdə vətəndaş həmrəyliyinin gücləndirilməsi, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqelərinin daha da möhkəmləndirilməsinin əsas məqsədlərindən biri olduğu vurğulanır.
“Xəbərlər” və “Müsahibələr” bölmələrində isə parlament seçkilərinin təbliğat-təşviqat mərhələsində Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə görüşləri və namizədlərin müsahibələri təqdim olunur.
Saytın “Namizdələr” bölməsinə gəlincə, burada Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlər haqqında məlumatlar verilir.
Bundan əlavə, yap2020.az seçki saytında namizdələrin videomüsahibələri də əksini tapır.
Həmçinin, saytda son 5 il ərzində uğurlarımız barəsində və ölkəmizin daha da inkişafı üçün 10 əsas vəzifə haqqında məlumatlar verilir.

yap.org.az

Digər xəbərlər