Siyasət

  • 5 563

Rəşad Mahmudovun izdihamlı görüşləri: şəhid atasına baş çəkdi

image

77 saylı Astara seçki dairəsindən deputatlığa namizəd, tanınmış kardiocərrah, tibb doktoru, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, Mərkəzi Gömrük Hospitalının Elmi Tədqiqat və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudovun seçiciləri ilə görüşləri davam edir. SİA xəbər verir ki, deputatlığa namizəd ilk görüşünə Ərçivan qəsəbəsindən başlayıb. O, seçicilərlə və qəsəbənin ağsaqqalları ilə söhbətləşib, qəsəbənin problemləri ilə maraqlanıb.Sonra şəhid atası Əliyev Rəziyar Mahmud oğlunun ailəsinə baş çəkib. R.Mahmudov ailənin yaşayışı və problemləri ilə maraqlanıb, dövlətin şəhid ailələrinə olan diqqət və qayğısından razılıqla danışan Rəziyar atanın səmimiliyi xoş təsir bağışlayıb.Rəşad Mahmudov 1974-cü il yanvarın 18-də də Astarada, ziyalı ailəsində dünyaya göz açıb. Rayondakı Səməd Vurğun adına orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra -1991-1997-ci illərdə Türkiyə Respublikasındakı 9 Eylül Universitetinin tibb fakültəsində ali təhsil alıb. 1997-2003-cü illərdə Türkiyə Ege Universitetinin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında oxuyub. 2003-cü ildə Ege Universitetində Uzmanlıq Diplomu müdafiə edib. 2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edərək, Tibb elmləri namizədi alimlik dərəcəsi alıb. 2015-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən doktorluq dissertasiyası müdafiə edərək, Tibb üzrə Elmlər Doktoru alimlik dərəcəsi alıb.1997-2002-ci illərdə Ege Universitetinin ürək-damar cərrahiyəsi Mərkəzində, 2003-2004-cü illərdə Şifa Xəstəxanalar Qrupunda, 2004-2005-ci illərdə İzmir şəhərindəki Kent xəstəxanasında ürək-damar cərrahı kimi fəaliyyət göstərib. 2005-ci ildən 2017-ci ilədək Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyəsi şöbəsinin müdiri və ürək-damar cərrahı olaraq, ağır xəstəlikdən əziyyət çəkən minlərlə insana “ikinci həyat” bəxş edib.Statistikaya müraciət etsək, Ürək və damar xəstəlikləri mərkəzinin rəhbəri olaraq 8000-dən çox şəxs üzərində açıq ürək əməliyyatları aparıb ki, onların arasında anadangəlmə ürək qüsuru ilə doğulan yüzlərlə körpə də var.Son illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən humanitar aksiyalar çərçivəsində Rəşad Mahmudovun komandası Naxçıvan, Lənkəran, Şirvan, Qəbələ, Zaqatala, Qazax, Gəncə, Şamaxı, Cəlilabad, Quba, Füzuli səhiyyə ocaqlarında 800-dən artıq açıq ürək əməliyyatı icra edib.Sonrakı dövrdə Bakı Ürək Mərkəzində çalşan R.Mahmudov hazırda Mərkəzi Gömrük Hospitalının Elmi Tədqiqat və Tədris Mərkəzinin rəisidir, eyni zamanda ən mürəkkəb ürək-damar əməliyyatlarını uğurla icra edir.Xaricdə 1 kitabı, 15 elmi məqaləsi və 40 tezisi, Azərbaycanda isə 8 elmi məqaləsi və 5 tezisi çap olunub.

sia.az

Digər xəbərlər