Siyasət

  • 5 744

Ziyafət Əsgərov Astara seçiciləri ilə ilk görüşünü keçirib

image

Fevralın 9-da keçiriləcək VI çağırış Milli Məclisə seçkilərdə hakim Yeni Azərbaycan Partiyası tərəfindən 76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə namizədliyi irəli sürülən Ziyafət Əsgərov Astara rayonun Kakalos kəndində seçicilərlə ilk görüşünü keçirib.Deputatlığa namizəd Ziyafət Əsgərov növbəti illər üçün Milli Məclisə üzv seçilərsə görəcəyi işlərdən, rayon üçün inkişaf praqramının həyata keçirməsi ilə bağlı daim çalışacağından danışıb. Millət vəkili olmağın şərəfli bir iş olduğunu qeyd edən Z. Əsgərov seçicilərin etimadını qazanacağı halda xalqın qayğıları ilə yaşayıb insanların fikirlərini təkliflərini Milli Məclisin tribunasından səsləndirəcəyini bildirib: “Bu səbəbdən də çalışacam ki, seçki prosesində çox fəal olum, sizinlə davamlı görüşüm, fikirlərinizi, problemlərinizi sizinlə birlikdə, sizin iştirakınızla həll edilməsinə səy göstərim”.Yeni Azərbaycan Partiyasının seçki platforması və öz fəaliyyəti barəsində məlumat verərək qeyd edib ki, Partiyanın Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində həm YAP, həm də dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub: “Aparılan uğurlu islahatlar nəticəsində dövlətimiz günü-gündən inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır. Təbii ki, bütün bunlara görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkür edirik. Şübhə yoxdur ki, bu inkişaf qarşıdakı illərdə daha da artacaqdır”.Z. Əsgərov sonda sçiciləri fevralın 9-da fəal olmağa, layiqli namizədə səs verməyə çağırıb.

sia.az

Digər xəbərlər