Siyasət

  • 5 874

YAP-ın namizədi Mahir Abbaszadə seçiciləri ilə görüş keçirib

image

121 saylı Laçın seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Mahir Abbaszadə seçiciləri ilə ilk Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən "Qağayı" pansionatında baş tutub. Pansionata müvəqqəti məskunlaşmış Laçınlı məcburi köçkünlər namizədə problemlərindən danışıb, təkliflərini veriblər. M.Abbaszadə onlara seçiləcəyi təqdirdə görəcəyi işlərdən, planlarından danışıb.Laçının ağsaqqalı Çərkəz kişi və sakinlər Mahir Abbaszadəni dəstəkləyəcəklərini bildiriblər.Daha sonra Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində Laçın rayonu Quşçu kəndindən şəhid Qüdrət İbrahimovun ailəsi ilə görüş keçirilib, onların qayğıları ilə maraqlanılıb. Daha bir görüş Kürdəxanı qəsəbəsində yaşayan şəhid Allahyarov İlqar Nurəddin oğlu və Allahyarov Sədrəddin Nurəddin oğlunun ailəsi ilə keçirilib. Deputatlığa namizəd daha sonra Laçın rayon sakini şəhid Vaqif Salmanovun ailə üzvləri ilə görüşüb.Görüş zamanı Mahir Abbaszadə bildirib ki, o, özü də məcburi köçkün olduğu üçün bu kateqoriyadan olan vətəndaşların problemlərinə yaxından bələddir. Seçicilərlə keçirilən görüşlər zamanı daim onları narahat edən, qayğıları və problemləri ilə bağlı müraciətlərinin həllinə çalışıb, zəruri olduqda müraciətlər aidiyyətı qurumlara yönləndirilib. Qeyd olunub ki, növbəti dəfə seçiləcəyi təqdirdə Mahir Abbaszadə yenə də seçicilərinin yanında olacaq, onların müraciətlərinin həllinə çalışacaq, yerli və beynəlxalq tədbirlərdə millət vəkili kimi fəal iştirakını davam etdirəcək.Qeyd edək ki, Laçın rayonundan olan məcburi köçkünlər Azərbaycanın 58 rayonunda məskunlaşıb. Onların səsvermədə iştirakını təmin etmək üçün 121 saylı Laçın seçki dairəsinin ölkə üzrə 102 seçki məntəqəsi fəaliyyət göstərir.

sia.az

Digər xəbərlər