Siyasət

  • 7 151

91 saylı Ucar seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Ramil Həsənin seçicilərlə görüşləri keçirilib

image

91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Ramil Həsənin təbliğat-təşviqat kampaniyasına start verilib.

Əvvəlcə Ramil Həsən rayon mərkəzində yerləşən ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər-çiçək dəstələri düzüb, daha sonra rayonun Şəhidlər xiyabanını ziyarət edib. Aprel döyüşçüsü Azər Kərimovun evində ailəsi ilə görüşüb, daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyyasının I kurs magıstri İslam Əhmədlinin evində olub, rəssamın əl işləri ilə tanış olub. R.Həsən daha sonra şəhid Sabir Hüseyinovun valdeyinləri ilə, eyni zamanda ordudan təxris olunmuş bir qrup gənclərlə görüşüb.
Eyni zamanda Ramil Həsən rayon mərkəzində digər seçicilərlədə görüşüb.
Yeni Azərbaycan Partiyasının namizədi Ramil Həsənin təbliğat-təşviqat konpaniyası çərçivəsində rayonun Əlikənd, Ramal və Şahlıq kəndlərində görüşlər keçirilib.
Ramal kənd Folklor evində kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə partiyanının namizədi Ramil Həsən çıxış edərək Azərbaycanın daha da inkişafı üçün atılacaq addımlar haqqında fikirlərini bölüşüb.
Görüşlərdə çıxış edən YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva Ramil Həsənin fəaliyyəti barədə seçicilərə ətraflı məlumat verib. YAP-ın hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürdüyünü qeyd edən Ş.Abdullayeva partiyanın "Daha güclü Azərbaycan naminə" şüarı ilə parlament seçkilərində iştirak etdiyini diqqətə çatdıraraq, seçicilərin dəstəyi ilə qarşıya qoyulan hədəflərə çatacağına əminliyini bildirdi: «Yeni Azərbaycan Partiyası ölkənin ən güclü, aparıcı siyasi təşkilatı olduğunu ölkədə keçirilən bütün seçkilərdə qazandığı parlaq qələbələrlə sübut edib. Ölkənin sosial-iqtisadi qüdrətinin artması, milli dövlətçiliyimizin möhkəmlənməsi Yeni Azərbaycan Partiyasının başlıca amalı və əsas hədəfidir. Bu səbəbdən, ucarlı seçicilər Yeni Azərbaycan Partiyasının namizədi ilə görüşlərə böyük maraq göstərir, partiyanın namizədlərinin keçirdiyi görüşlərə fəal şəkildə qatılırlar.»
Görüşlərdə Ramil Həsən bildirib ki, Yeni Azərbaycan Partiyası "Daha güclü Azərbaycan naminə" seçkilərə qoşulub. R.Həsən YAP-ın əsas qayəsi dövlətçiliyin möhkəmləndirilməsi və xalqın rifah halının daha da yaxşılaşdırılmasıdır: «Bu baxımdan, biz ilk növbədə möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasətini və strateji hədəflərini dəstəkləməli, ölkə başçısının ətrafında daha da sıx birləşməliyik. Bu gün Milli Məclisdə partiyamızı kifayət qədər deputat təmsil edir və onlar da öz seçiciləri qarşısında götürdükləri öhdəliklərini uğurla icra edirlər. Əldə edilən uğurlar isə həm də partiyamızın nailiyyətləridir.» Çıxışının sonunda R.Həsən seçiciləri YAP-ın namizədlərinə səs verməyə dəvət edib.
Ramal kənd sakini şəhid atası Fikrət Məmmədov, Şahlıq kənd ağsaqqalı Rəhim Rəsulov, Şahlıq kənd tam orta məktəbinin müəllimi Nəsibə Kərimova, Şahlıq kənd sakini İsmixan Əzizov, Ramal kənd ümumi orta məktəbinin müəllimi, "Əməkdar müəllim" Afayət Yusifova, Şahlıq kənd tam orta məktəbinin direktoru Anar Misirov, Ramal kənd ümumi orta məktəbinin direktoru Züleyxa Qurbanova, Əlikənd kənd sakinləri Əbülfət Qədirov, Vüqar Kərimov, Ramal kənd sakini Şəlalə İbrahimova çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədini dəstəklədiklərini bildiriblər.
Daha sonra Ramil Həsən Şahlıq kəndində şəhid Ağasəf Niftəliyevin qardaşı Əjdər Niftəliyevlə, şəhid Araz Hüseynovun anası Fəzilə Hüseynova ilə, şəhid Rövşən Şükürovun qardaşı Elnur Şükürovla, şəhid Məzahir Cavadovun atası Əcaib Cavadovla, şəhid Rayət Abdullayevin qardaşı Samir Abdullayevlə, Ramal kəndində şəhid Etimad Məmmədovun atası Fikrət Məmmədovla, şəhid Yaqub Məmmədovun qardaşı Sirac Məmmədovla, Əlikənd kəndində şəhid Natiq İsmayılovun həyat yoldaşı Mənzurə İsmayılova, şəhid Şöhrət Nuriyevin anası Gözəl Nuriyeva,1-ci qrup əlil Elburus Şirinovla, şəhid Aftandil Nəsibovun həyat yoldaşı Xəzəngül Nəsibova ilə, şəhid Pəhlivan Novruzovun həyat yoldaşı Fəridə Novruzova ilə, şəhid Ağamusa Abdullayevin həyat yoldaşı Cəmilə Abullayeva ilə evlərində ailə üzvləri ilə görüşüb.
Daha sonra rayon ağsaqqalı Elxan Sultanovun evində şəhər ziyalılardından Saqi Abdullayev, Hacı İsmayilov və Telman Sultanovun iştirakı ilə görüş keçirib, onları maraqlandıran sualları cavablandırıb.

yap.org.az

Digər xəbərlər