Siyasət

  • 7 242

Ağdaş seçiciləri: Hər zaman yanımızda olan YAP-ın namizədinə səs verəcəyik

image

Fevaralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin “Daha güclü Azərbaycan naminə” şüarı ilə təbliğat-təşviqat kampaniyası çərçivəsinə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı işini uğurla davam etdirir. Namizədliyi YAP tərəfindən 90 saylı Ağdaş seçki dairəsindən irəli sürülən partiyanın rayon təşkilatının sədri Cavid Osmanov kampaniya çərçivəsində rayonun Ərəbocağı və Pirkəkə kəndlərində seçicilərlə görüşüb.

Çoxsaylı seçicilərin iştirak etdiyi görüşlərdə Cavid Osmanov çıxış edərək son illər ərzində ölkəmizin davamlı olaraq inkişaf mərhələsi keçdiyini qeyd edib, insanların sosial rifah halının yaxşılaşması, respublikada həyata keçirilən islahatlara diqqət çəkib. Ölkə miqyasında görülən işlər nəticəsində Ağdaş rayonunun da simasının dəyişməsi, daha da abadlaşdırılması, kənd yolların bərpa edilməsi, kommunikasiya xəttlərinin yenilənməsi, insanların məşğulluğunu təmin etmək üçün həyata keçirilən tədbirlərin davamlı hal aldığını bildirib. C.Osmanov bütün bu görülən işlərin isə Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş siyasətinin və yorulmaz əməyinin nəticəsi olduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb. YAP rayon təşkilatının sədri 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” olduğunu qeyd edərək bunun ölkə gənclərinə ayrılan dövlətin bir diqqət və qayğısı olduğunu da vurğulayıb.
Təbliğat qrupunun üzvü Vaqif Hacıyev Cavid Osmanovun V çağırış Milli Məclisin deputatı kimi fəaliyyətindən danışıb. O, seçiciləri fevral ayının 9-da seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasın namizədi Cavid Osmanova səs verməyə çağırıb.
Görüşlərdə seçicilərdən Ərəbocaq kənd sakinləri Natiq Məmmədov, Məsturə Məbudova, Tapdıq Sadıqov, Pirkəkə kənd sakinləri Elşən Həşimov, Əhməd Osmanov və Əlizadə Məmmədov söz alaraq Cavid Osmanovun namizədliyinin Yeni Azərbaycan Partiyası tərəfindən yenidən irəli sürülməsini fəxr və qürur hissləri ilə qarşıladıqlarını qeyd ediblər. Onlar bildirdilər ki, artıq seçimlərini ediblər və 9 fevral tarixində bu seçimi yekdilliklə tədiqləyəcəklər.
YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanovun ağdaşlı seçicilərlə növbəti görüşləri mədəniyyət işçilərinin nümayəndələri və Qarabağ müharibəsinin veteranları və əlillərinin nümayəndələri ilə keçirilib.
Cavid Osmanov öz seçicilərinə minnətdarlığını bildirərək Yeni Azərbaycan Partiyası tərəfindən ona yenidən böyük etimad göstərildiyini və ağdaşlı seçicilərlə birlikdə bu etimadı doğrultmağa çalışacağını qeyd edib. Çıxışı zamanı Yeni Azərbaycan Partiyasının və onun Sədri, cənab Prezident İlham Əliyev tərəfindən ölkəmiz üçün görülən işlərdən bəhs edən Cavid Osmanov bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyini vurğulayıb.
Təbliğat-təşviqat qrupunun üzvləri Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Qadınlar Şurasının sədri Tənzilə Şıxıyeva, Sevgili İbrahimova, Qarababağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri İsmayıl Xuduyev və Azərbaycan Vətən Müharibəsi Veterenları Birliyi Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev ölkəmizdə və Ağdaşda görülən işlər, həyata keçirilən layihələr hər bir vətəndaşın gözü önündə baş verir. Bütün bunlar isə Sədri cənab Prezidentimiz İlham Əliyev olan Yeni Azərbaycan Partiyasının uğurlu siyasətinin nəticəsidir.
Görüşdə çıxış edən mədəniyyət işçiləri Seyfəddin Feyzullayev, Nişanə Yusifova, Rafiq İsgəndərov, Camal Xəlilov, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələrinin üzvlərindən Mehman Məmmədov, Aşafatma Əhmədova, Ağaşirin Hacıyev və İlham Məmmədov seçki günü Azərbaycanı sabitlik adasına çevirən ölkə Prezidenti cənab İlham Əliyevin Sədri olduğu, seçkilərə “Daha güclü Azərbaycan naminə” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanova səs verəcəklərini bəyan ediblər.

yap.org.az

Digər xəbərlər