Siyasət

  • 6 824

YAP tərəfindən MM-in üzvlüyünə namizəd Fatma Yıldırımın seçicilərilə görüşləri uğurla davam edir

image

Parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Yıldırım Fatma Vidadi qızının günün ilk yarısında Mirzalıbəyli, Qaraməmmədli kənd seçiciləri, günün ikinci yarısında isə Nəcəfqulubəyli, Yeni Əyricə, Kərimbəyli, Əyricə kənd seçiciləri ilə görüşü olmuşdur.

Görüşləri Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Bərdə rayon şöbəsinin sədri Fəqət Şadlinskaya açaraq bildirmişdir ki, Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürmüşdür. Parlament seçkilərində "Daha güclü Azərbaycan naminə" şüarı ilə iştirak edən Partiyamız ən layiqli namizədləri irəli sürmüşdür və seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq.
Yeni Azərbaycan Partiyası tərəfindən 93 saylı Bərdə Şəhər seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Yıldırım Fatma Yeni Azərbaycan Partiyasının seçki platforması və öz fəaliyyəti barəsində məlumat vermişdir. O, qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində həm partiyamız, həm də dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Fatma xanım aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı cənab Prezident İlham Əliyev tərəfindən dövlət Proqramlarının qəbul olunması nəticəsində Bərdə rayonunda kənd təsərrüfatının inkişafı istiqmətində daha çox işlərin aparılmasının vacibliyi, həmçinin birgə təsərrüfatçılıq fəaliyyətini təşviq etmək, könüllülük əsasında kənd təsərrüfatı kooperativlərinin təşkilinə əlverişli şərait yaratmaq, kooperativlərin dayanıqlı fəaliyyətini təmin etmək, həmçinin aqrar sahədə kooperasiyanın formalaşmasına və inkişafına dəstək verməkdir. Hədəfimiz 2022-ci ildə xam pambıq istehsalının 500 min tona çatdırılmasıdır. Həmçinin Fatma xanım qeyd etdi ki, aqrar sahədə tətbiq edilən dəstək tədbirləri ilə bağlı yeni mexanizmin formalaşdırılması məqsədilə dövlət başçısının 27 iyun 2019-cu il tarixli Fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” təsdiq edilmişdir. Yıldırım Fatma qarşıda görüləcək işlərlə bağlı məlumat verərək hər bir seçicinin problemlərinə öz problemi kimi yanaşacağını, onların həllində səylərini əsirgəməyəcəyini bildirmiş və seçiciləri 09 fevral tarixində keçiriləcək parlament seçkilərində fəallıq göstərməyə çağırmışdır.
Görüşdə Rövşən Əliyev, Qurban Məmmədov, Şahubiddin Şirinov, Mehman Ağayev çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi Fatma Yıldırımın 09 fevral Parlament seçkilərində qalib gələcəyinə əminliklərini ifadə etdilər.
Fəqət Şadlinskaya seçiciləri 09 fevral tarixindəki Milli Məclisə seçkilər günündə fəallığa və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırmışdır.
Sonda Fatma Yıldırım seçicilərlə söhbətlərini dialoq şəklində davam etdirmişdir.

yap.org.az

Digər xəbərlər