Siyasət

  • 7 027

YAP tərəfindən MM-in üzvlüyünə namizəd Afət Həsənova Əmircan qəsəbəsində şəhid Nurəli Hacıbaba oğlu Abdullayevin adına olan küçədə seçicilərlə görüşüb

image

32 saylı Suraxanı Üçüncü seki dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Afət Həsənova Əmircan qəsəbəsində yerləşən şəhid Nurəli Hacıbaba oğlu Abdullayevin adına olan küçədə seçicilərlə görüşüb. Onların real problemləri ilə tanış olan və narahatlıq doğuran məsələləri birbaşa özlərindən dinləyən Afət Həsənova səsləndirilən məsələləri nəzarətə götürərək həlli məqsədi ilə əlindən gələni əsirgəməyəcəyini bildirib.Daha sonra şəhidin təmirə ehtiyacı olan bulaq kompleksini ziyarət edən Afət Həsənova qısa zamanda bu kompleksin bərpa edilməsini öz üzərinə götürüb.Görüş iştirakçıları Afət Həsənovaya bir qadın kimi etimad göstərdiklərini, 9 fevral 2020-ci ildə keçiriləcək Milli Məclisə seçkilərdə onu dəstəkləyəcəklərini bildirdilər.

yap.org.az

Digər xəbərlər