Siyasət

  • 6 537

Yeni Azərbaycan Partiyasının 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyevin seçiciləri ilə növbəti görüşü keçirilib

image

Yeni Azərbaycan Partiyasının 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyevin seçiciləri ilə növbəti görüşü keçirilib. Partiyanın rayon təşkilatının sədri Tağı Əhmədov E.Allahverdiyevi tədbir iştirakçılarına təqdim edərkən deyib ki, YAP-ın bu dəfəki seçkilərdə gənc namizədlərə üstünlük verməsi ölkə rəhbərliyinin həyata keçirdiyi kadr islahatlarının göstəricisidir. T.Əhmədov vurğulayıb ki, partiyanın bütün namizədləri kimi E.Allahverdiyevin də fevralın 9-da qələbə qazanacağına əmindir: “Mən sizi Elnur Allahverdiyevə səs verməyə çağırıram”.
Parlament seçkilərində partiyasının namizədi olduğundan qürur duyduğunu söyləyən E.Allahverdiyev amalının yalnız xalqa xidmət və dövlətə kömək olmaqdan ibarət olduğunu deyib. E.Allahverdiyev bildirib ki, Yasamalda həyata keçirilən abadlıq işləri göz önündədir və rayonun qarşıdakı illərdə daha da inkişaf edib gözəlləşəcəyinə əmindir: “Bizim işimiz işləmək, kömək etmək, dəstək olmaq, yardım göstərmək, xalqa və dövlətə xidmət etməkdir”.

yap.org.az

Digər xəbərlər