Siyasət

  • 6 052

YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov seçicilərlə görüşdü

image

Yeni Azərbaycan Partiyası parlament seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində YAP tərəfindən irəli sürülmüş deputatlığa namizədlər Naxçıvan Muxtar Respublikası ərazisində də seçicilərlə fəal görüşlər keçirirlər.Əvvəlcə Yeni Azərbaycan Partiyasının muxtar respublika üzrə irəli sürdüyü deputatlığa namizədlər müasir müstəqil Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər, önünə gül dəstələri qoyublar. Yanvarın 21-də isə 5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Dünyamalı oğlu Novruzovun Şahbuz rayonunun Ayrınc, Kükü, Qızıl Qışlaq, Güney Qışlaq, Ağbulaq və Gömür kəndlərində seçicilərlə görüşü olub.YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov Azərbaycanın çox mühüm siyasi hadisə ərəfəsində olduğunu - fevralın 9-da ölkəmizdə parlament seçkilərinin keçiriləcəyini diqqətə çatdırıb. Yeni Azərbaycan Partiyasının seçkilərə qətiyyətli qələbə əzmi və böyük ruh yüksəkliyi ilə qatıldığını söyləyən S.Novruzov "Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə zəngin, şərəfli inkişaf yolu keçmiş YAP qatıldığı bütün seçkilərdə seçicilərin böyük etimadı əsasında inamlı qələbə qazanıb. Təsadüfi deyil ki, Azərbaycanda, hətta Cənubi Qafqaz regionunda ən güclü və nüfuzlu siyasi təşkilat olan Yeni Azərbaycan Partiyası ümumxalq partiyası kimi tanınır",-deyə vurğulayıb.Ölkəmizdə Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi və siyasi iradəsi əsasında bütün sahələri əhatə edən genişmiqyaslı, sistemli və kompleks xarakterli islahatların həyata keçirildiyini deyən Siyavuş Novruzov respublikamızın möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth etdiyini, xalq-iqtidar birliyinin sarsılmaz olduğunu bildirib. O, "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət iqtisadi inkişafın davamlı xarakter daşımasını, əhalinin rifahının daha da yaxşılaşmasını, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsini, nüfuzunun artmasını təmin edib",- deyib.Naxçıvan Muxtar Respublikasının ötən müddət ərzində dinamik tərəqqi yolu keçdiyini deyən S.Novruzov Prezident İlham Əliyevin muxtar respublikanın inkişafına daim böyük diqqət göstərdiyini vurğulayıb: "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən islahat xarakterli tədbirlərin uğurlu nəticələri göz önündədir. Muxtar respublikada yeni istehsal sahələri yaradılır, əhalinin məşğulluq səviyyəsi daim artır, sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşdırılmasına, əhalinin rifah səviyyəsinin daha da yüksəldilməsinə xidmət edən çox əhəmiyyətli işlər görülür. Muxtar respublika ərazisində, o cümlədən Şahbuz rayonunda və onun bütün kəndlərində genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, təhsil müəssisələri, sağlamlıq ocaqları müasir standartlar əsasında tikilib və ya əsaslı təmir olunub, yüksək infrastruktur quruculuğu həyata keçirilib, fasiləsiz elektrik, qaz və su təminatı yaradılıb. Bütün bunlar Naxçıvan Muxtar Respublikasının, o cümlədən Şahbuz rayonunun sakinlərinin layiqli həyat şəraitinin təmin olunmasını şərtləndirib. Bütövlükdə, Naxçıvan yeni intibah və inkişaf yolunda əmin addımlarla irəliləyir, gündən-günə daha da gözəlləşir",- deyən Siyavuş Novruzov muxtar respublika sakinlərini parlament seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.Görüşdə çıxış edən seçicilər öz fəaliyyətində xalqın mənafeyini və dövlətin maraqlarını rəhbər tutan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini ifadə ediblər.

sia.az.

Digər xəbərlər