Siyasət

  • 6 276

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın seçicilərlə növbəti görüşü keçirilib

image

41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın Sumqayıt şəhəri 10-cu mikrarayonda, eləcə də Sumqayıt şəhər təşkilatının inzibati binasında vətəndaşlarla, həmçinin Yeni Azərbaycan Partiyasının fəal qadınları, sahibkar qadınlar, gənclərlə növbəti görüşü keçirilib.Görüşlərdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Əmir Əliyev, Sumqayıt Dövlət Universitetinin pedaqoji təcrübə rəhbəri, ağsaqqal Əvəz Mahmudov, Abşeron rayonu YAP Qadınlar Şurasının sədri Teyyubə Hüseynova, Sumqayıt şəhər “Çörək” ATSC İdarə Heyətinin sədri Tofiq Hüseynli, Qartal Tikinti firmasının direktoru Şahin Məmmədov, YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Nicat Hüseynov, gənc fəal Xəyal Yusifzadə, təqaüdçü İsgəndər İsgəndərov və başqaları çıxış edərək Hicran Hüseynovanın fəaliyyəti, eyni zamanda, H.Hüseynovanın atası tanınmış ictimai və dövlət xadimi Kamran Hüseynovun Sumqayıt şəhərində gördüyü işlərdən və bu şəhərin sənaye mərkəzinə çevrilməsində onun böyük xidmətlərindən bəhs edib.Çıxış edənlər həmçinin Ulu Öndər Heydər Əliyevin və Partiyanın sədri, Prezident İlham Əliyevin apardığı sürətli, dinamik islahatlardan bəhs edərək ölkənin hər yerində olduğu kimi Sumqayıtın abadlaşmasından, insanların rifah halının yaxşılaşdığını bildiriblər.Sonda Hicran Hüseynova seçiciləri fevralın 9-da Azərbaycan Respublikasının Mili Məclisinə keçiriləcək azad, demokratik seçkilərdə fəal iştirak etməyə, öz siyasi iradələrini göstərməyə səsləyib.Həmçinin, Hicran Hüseynova həmin ərazilərdə yaşayan şəhid ailələri, aztəminatlı ailələrlə görüşüb, onların problemləri ilə maraqlanmışdır.Görüş zamanı vətəndaşlar tərəfindən səsləndirilən təklif və müraciətləri dinlənilib və müvafiq tədbirlərin görülməsi üçün qeydə alınmışdır.

yap.org.az

Digər xəbərlər