Siyasət

  • 5 924

YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsindən namizədi Sahibə Qafarova seçicilərlə növbəti görüşlərini keçirib

image

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının 98 saylı Şəmkir şəhər seçki dairəsindən namizədi Sahibə Qafarova seçicilərlə görüşlərini davam etdirir. YAP-ın namizədi həm qanunvericiliyə uyğun olaraq nəzərdə tutulan yerlərdə ümumi toplantılar keçirir, həm də məhəlli görüşlərində iştirak edir, seçicilərin evlərinə gedib onlarla səmimi söhbətlər aparır. Növbəti belə görüşlər Şəmkir şəhərinin mərkəzində və rayonun Əliyaqublu kəndində keçirilib. Evləri ziyarət edən S.Qafarova ailələrlə səmimi söhbət edib, onların qayğıları, problemləri ilə maraqlanıb. Ölkəmizdə geniş inkişag proqramlarının həyata keçirildiyini xatırladan YAP-ın namizədi Şəmkir rayonunun da son illərdə sosial – iqtisadi, infrastruktur quruculuğu sahəsində mühüm nailiyyətlər qazandığını, vətəndaşların güzəranının daha da yaxşılaşdığını bildirib. O, daha sonra seçiciləri 9 fevralda keçiriləcək seçkilərdə fəal şəkildə iştirak etməyə çağırıb.Sahibə Qafarova həmçinin şəhid Nurəddin Məmmədovun ailəsinə də baş çəkərək onlarla söhbət edib. O, deyib ki, torpaqlarımızın azadlığı, vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhid Nurəddin Məmmədovun öz mərdliyi və şücaəti ilə vətəni sevmək nümunəsi göstərib. S.Qafarova bildirib ki, Azərbaycan xalqı və dövləti hər zaman öz şəhidlərinin xatirəsini uca tutur, onların ailəsinə öz dərin hörmət və ehtiramını əsirgəmir.Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının 98 saylı Şəmkir şəhər seçki dairəsindən namizədi Sahibə Qafarovanın seçicilərlə görüşləri davam edir.

yap.org.az

Digər xəbərlər