Siyasət

  • 6 839

Masallıdan deputatlığa namizəd Məşhur Məmmədov seçiciləri ilə görüş keçirib

image

Deputatlığa namizəd Məşhur Məmmədovun seçicilərlə görüşü davam edir. Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Şahbaz oğlu Məmmədovun dünən, yanvarın 21-də Masallı rayonunun Şərəfə ərazisində seçicilərlə görüşü keçirilib.Görüşdən əvvəl kəndlərdə şəhid lövhələrinin üzərinə qərənfillər düzülüb.Şərəfənin mərkəzində və kənddə yerləşən nəhəng istixana kompleksində də seçicilərlə görüşüb, buradakı iş şəraiti ilə tanış olub.Görüşü giriş sözü ilə açan YAP-ın səlahiyyətli nümayəndəsi Səfalı Paşayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çoxsaylı uğurların əldə olunduğunu bildirdi. Əhalinin siyasi fəallığının artması, dünyagörüşünün genişlənməsi, ölkədə və regionda gedən proseslərdə yaxından iştirak etməsi ulu öndər Heydər Əliyevin ideyalarına, ölkəmizin Prezidentinin xalqa xidmət nümunəsi olan yorulmaz və hərtərəfli fəaliyyətinə, Yeni Azərbaycan Partiyasının strategiya və taktikasına dərin sədaqət nümayiş etdirməsi xüsusi olaraq qeyd etdi. Əldə olunan bu uğurlarda YAP iqtidarının, birbaşa olaraq partiyanın sədri cənab İlham Əliyevin böyük əməyi və əzmkarlığının olduğunu vurğulayan Səfalı Paşayev ərazi sakinlərini yenə də öz doğru seçimini edərək YAP-ın namizədinə səs verməyə çağırdı.Görüşdə Təbliğat Qrupunun üzvləri bu günə qədər keçirilən bütün seçkilərdə qələbə qazanan Yeni Azərbaycan Partiyasının ölkəmizin rifahı və quruculuğu naminə fəaliyyət göstərməsinin xalqda partiyamıza və onun parlamentdəki təmsilçilərinə böyük rəğbət qazandırdığından danışıblar. Daha sonra VI çağırış Milli Məclisə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi yenidən irəli sürülən Məşhur Məmmədov haqqında ətraflı məlumat verilib.Seçicilər deputatlığa namizədlə qarşılıqlı əlaqələrindən razı qaldıqlarını bildirib, ölkəmizdə aparılan böyük işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.Məşhur Məmmədov seçicilər qarşısında çıxış edərək ölkəmizdə ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin təntənəsindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə daxilində və beynəlxalq aləmdə qazanılan böyük uğurlardan geniş bəhs edib. Eyni zamanda, Masallı rayonunda aparılan genişmiqyaslı işlərdən söz açdı.Məşhur Məmmədov ona göstərilən etimada görə Yeni Azərbaycan Partiyasına, partiyanın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib. Böyük sözünə, ağsaqqal xeyir-duasına hər zaman böyük dəyər verdiyini deyən Məşhur Məmmədov Masallının və onun kəndlərinin tarixində ağsaqqalların və veteranların xüsusi rolu olduğunu, onların dəyərli tövsiyələrinin gənclərin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.Deputatlığa namizəd Məşhur Məmmədov ağsaqqalların xeyir-duasını alaraq çıxdığı bu şərəfli və məsuliyyətli yolda dövlətimizin qarşıya qoyduğu vəzifələrin xalqın, cəmiyyətin istəyinə uyğun layiqincə yerinə yetirməyə çalışacağını bildirib.

sia.az

Digər xəbərlər