Siyasət

  • 6 609

Deputatlığa namizəd Malik Həsənov Cəlilabadın Hamarqışlaq, Xəlilabad, Qamışlıgöl və Seyidbazar kəndlərində seçicilərlə görüşüb

image

Milli Məclisə seçkilərdə 67 saylı Cəlilabad şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Malik Həsənovun təbliğat-təşviqat kampaniyası uğurla davam edir.

Növbəti görüş rayonun Hamarqışlaq, Xəlilabad, Qamışlıgöl və Seyidbazar kəndlərində seçicilər ilə baş tutub. Deputatlığa namizəd Malik Həsənov növbəti 5 il üçün proqramı ilə seçicləri tanış edib, uğurlarımızı seçicilərin nəzərinə çatdırıb və “Daha güclü Azərbaycan naminə Azərbaycanın gələcəyinə səs verək!” şüarının məhz möhtərəm Prezidentimizin ölkəmizin inkişafı naminə apardığı siyasətin bundan sonrada davam etməsinə xidmət edəcəyini bildirərək cəlilabadlı seçicilərə Yeni Azərbaycan Partyiyasının namizədinə səs verməyə çağırıb.
Görüşlərdə çıxış edənlərin hər biri ölkəmizin bugünkü inkişafını, ölkəmizdə höküm sürüən siyasi sabitliyi yüksək qiymətləndirdiklərini, bu inkişaf, tərqqi və əminəmanlığın davamı üçün hər zaman cənab Prezidentin ətrafında olacaqlarını bildirərək 2020-ci il parlament seçkilərində məhz Yeni Azərbaycan Partriyasının namizədinə səs verəcəklərini bildiriblər.
Görüşün sonunda seçicilər deputatlığa namizədi əmin ediblər ki, 9 fevralda hər bir seçici Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər.

yap.org.az

Digər xəbərlər