Siyasət

  • 7 808

YAP-ın deputatlığa namizədi Məşhur Məmmədov Masallının Həsənli kəndində seçicilərlə görüşüb

image

70 saylı Masallı şəhər seçki dairəsindən YAP-ın deputatlığa namizədi Məşhur Məmmədov rayonun Həsənli kəndində fərdi görüşlər keçirib.

Yeni Azərbaycan Partiyasının seçki platforması və öz fəaliyyəti barəsində məlumat verən Məşhur Məmmədov qeyd edib ki, partiyanın Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub: “Aparılan uğurlu islahatlar nəticəsində dövlətimiz gündən-günə inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır. Təbii ki, bütün bunlara görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkür edirik. Şübhə yoxdur ki, bu inkişaf qarşıdakı illərdə daha da artacaqdır”.
M.Məmmədov sonda seçiciləri fevralın 9-da fəal olmağa, layiqli namizədə səs verməyə çağırıb.

yap.org.az

Digər xəbərlər