YAP-ın deputatlığa namizədi Aydın Mirzəzadə Mingəçevirdə seçicilərlə görüşüb

Yeni Azərbaycan Partiyasının 47 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizədi Aydın Mirzəzadə Mingəçevir şəhərində seçicilərlə növbəti görüşünü keçirib.Əvvəlcə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov 9 fevral parlament seçkilərinin əhəmiyyəti haqqında danışıb. Daha sonra o, deputatlığa namizəd Aydın Mirzəzadənin fəaliyyəti haqqında məlumat verib. Yeni Azərbaycan Partiyasının seçki platforması və öz fəaliyyəti barəsində məlumat verən deputatlığa namizəd Aydın Mirzəzadə qeyd edib ki, partiyanın Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub: “Aparılan uğurlu islahatlar nəticəsində dövlətimiz gündən-günə inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır. Təbii ki, bütün bunlara görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkür edirik. Şübhə yoxdur ki, bu inkişaf qarşıdakı illərdə daha da artacaqdır”.A.Mirzəzadə seçiciləri fevralın 9-da fəal olmağa, layiqli namizədə səs verməyə çağırıb.

yap.org.az