Siyasət

  • 6 362

Deputatlığa namizəd Aydın Hüseynov seçicilərlə Sahil qəsəbəsində görüşdü

image

Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizdliyi 11 saylı Qaradağ seçki dairəsindən irəli sürülən partiyanın rayon təşkilatının sədri Aydın Hüseynovun seçicilərlə görüşləri davam edir.

Seçicilərlə mənzillərdə və həyətlərdə mütəmadi görüşərək YAP-ın seçki platforması barədə məlumat verən Aydın Hüseynovun növbəti görüşü MSK tərəfindən namizədlər üçün nəzərdə tutulmuş məkanda - Sahil qəsəbəsində təşkil olundu.
Təmsil olunduğu partiyanın cəmiyyətimizdə rolunu yüksək qiymətləndirən deputatlığa namizəd Aydın Hüseynov qeyd etdi ki, müstəqilliyimizin məhv olma və ölkəmizin parçalanma təhlükəsi ilə üzləşdiyi bir məqamda yaranan YAP xalqın yekdil dəstəyi ilə iqtidar partiyasına çevrilməklə Azərbaycanı fəlakət böhranından birdəfəlik xilas edərək inkişaf etməkdə olan dövlətə çevirdi. Partiyamızın qurucusu və ilk sədri olan Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti və qətiyyətli rəhbərliyi sayəsində bütün sahələr üzrə ölkəmizdə təməli qoyulan inkişaf bu gün partiyamızın sədri, Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlbəil artan dövlət büdcəmiz xalqın sosial rifah halının durmadan yaxşılaşmasına öz müsbət təsirini göstərməkdədir. Beynəlxalq təşkilatların araşdırmalarına görə ölkəmiz nəinki regionda, o cümlədən dünya birliyində yüksək sürətlə inkişafı ilə seçilir.
YAP-ın müstəqillik tarixində müstəsna rolunu konkret faktlarla diqqətə çatdıran Aydın Hüseynov növbəti parlament seçkiləri üçün seçki platformasına da aydınlıq gətirdi. Qeyd etdi ki, "Daha güclü Azərbaycan naminə" devizi ilə seçkilərə qatılan partiyamızın məqsədi ölkəmizin durmadan inkişafina nail olmaqdır.
Görüşdə çıxış edən seçicilər YAP-ın ölkəmizin tərəqqisi yolunda fəaliyyətini yüksək qiymətləndirdikləri üçün növbəti seçkidə də yekdilliklə partiyanın namizədlərinə səs verəcəklərini bildirdilər.

yap.org.az

Digər xəbərlər