Siyasət

  • 5 719

Deputatlığa namizəd Məlahət İbrahimqızı seçicilərlə görüşlərini davam etdirir

image

Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Məlahət İbrahimqızı seçicilərlə görüşlərini uğurla davam etdirir.

Dünən təbliğat-təşviqat kampaniyası çərçivəsində M.İbrahimqızı növbəti görüşlərini keçirib. Görüşə gəldikləri üçün seçicilərə təşəkkür edən M.İbrahimqızı keçirilən görüşlər, Yeni Azərbaycan Partiyasının seçki proqramı haqqında məlumat verib. “21 saylı Nəsimi birinci seçki dairəsi üzrə məhəllə görüşlərimiz keçirilir. Bu görüşlərdə iştirak etdiyinizə görə hər birinizə təşəkkür edirik. Sizə məlumat verməyi özümə borc bilirəm ki, bu görüşlərin əhəmiyyəti hədsiz dərəcədə önəmlidir. Görüşlərdə siz seçicilərin möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya olan etimad, inam və sevginizin bir daha şahidi olduq. Keçirilən hər bir məhəllə görüşlərində qaldırdığınız məsələlər, həlli vacib və mümkün olan problemlər bizi daha da məsuliyyətli edir. Sizinlə birlikdə və üzbəüz görüşlər bizə sonsuz enerji verməklə bizim daha məsuliyyətimizi daha da artırır. Gəlin əl-ələ verib “Daha güclü Azərbaycan naminə” daha da səfərbər olaq. Sizlərin hər bir görüşdə möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən əsaslı və geniş miqyaslı islahatların seçiciər tərəfindən diqqətlə izləməyiniz və dəstəkləməyiniz YAP tərəfindən irəli sürülmüş deputatlığa namizədlərin seçki kampaniyasının, eləcə də seçkinin nəticələrinin daha uğurlu olacağına bizdə əminlik yaradır”-deyə, M.İbrahimqızı söyləyib.
Deputatlığa namizəd seçiciləri fəal olmağa, seçki günü YAP-ın namizədlərinə səs verməyə çağırıb: “Bizim məqsədimiz daha güclü Azərbaycan naminə hər bir seçicinin xidmətçisi və səsi olmaqdır”.

yap.org.az

Digər xəbərlər