Siyasət

  • 6 425

19 saylı Nərimanov birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlu gənclərlə görüşüb

image

Yanvarın 22-də parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə növbəti görüş keçirib.

Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev qarşıdan gələn parlament seçkiləri haqqında danışıb, seçkilərin ölkəmizin ictimai-siyasi həyatında mühüm bir hadisə olduğunu qeyd edib.
Görüşdə çıxış edən deputatlığa namizəd Hikmət Babaoğlu Milli Məclisdə fəaliyyəti dövründə Nərimanov rayon seçicilərini layaqətlə təmsil etməyə çalışdığını söyləyib. Onun sözlərinə görə, mütəmadi olaraq seçicilərlə görüşlər keçirilib, onların qaldırdıqları məsələlər parlament tribunasından səsləndirilib, eləcə də həll edilməsi üçün aidiyyəti dövlət qurumlarına ünvanlanıb.
Hikmət Babaoğlu deyib ki, demokratik siyasi sistemə malik olan Azərbaycanda seçkilər yerli qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirilir. Onun sözlərinə görə, Azərbaycan siyasi palitrasının ən güclü ictimai-siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası mütəmadi qələbələr qazanır və seçki təcrübəsini daim artırır. Deputatlığa namizəd əlavə edib ki, YAP bu gün Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərir və uğurla inkişaf edir: “Eyni zamanda, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində həm partiyamız, həm də dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın daxili və xarici siyasəti müstəqilliyi ilə seçilir. Bugünkü müstəqilliyimizin qorunub inkişaf etdirilməsi məsələsində də gənclərin üzərinə böyük məsuliyyət düşür. Prezident İlham Əliyev də çıxışlarında gənclərə inandığını vurğulayıb”.
YAP-ın hər zaman gəncliyin inkişafına dəstək verdiyini deyən Hikmət Babaoğlu gənc seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Görüşdə çıxış edən gənclər 9 fevral seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

yap.org.az

Digər xəbərlər