Siyasət

  • 6 277

Deputatlığa namizəd Əliabbas Salahzadənin seçicilərlə görüşləri davam edir

image

09 fevral 2019-cu il tarixdə keçiriləcək Parlament seçkilərinə Yeni Azərbaycan Partiyası tərəfindən 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Əliabbas Salahzadənin Sabunçu qəsəbə sakinləri ilə görüşü keçirildi.

Görüşü giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxış edərək ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən uğurlu inqilabi islahatların aparılması ölkəmizin ildən-ilə qüdrətinin artmasına, regionların sosial-iqtisadi inkişafının daha yüksək səviyyədə olmasına imkan yaranması ilə bağlı məlumat verib.
Mehriban Abasquliyeva cənab Prezidentin dəfələrlə Sabunçu rayonuna etdiyi səfərlərdən, rayona göstərdiyi diqqət və qayğıdan, sakinlərlə görüşündən danışdı.
Deputatlığa namizəd Əliabbas Salahzadə ona göstərilən etimada görə Yeni Azərbaycan Partiyasına, partiyanın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirərək bu şərəfli və məsuliyyətli yolda dövlətimizin qarşıya qoyduğu vəzifələrin xalqın, cəmiyyətin istəyinə uyğun layiqincə yerinə yetirməyə çalışacağını bildirib.
Daha sonra Əliabbas Salahzadə Sabunçu qəsəbə sakinlərini öz platforması ilə tanış etdi və Daha Güclü Azərbaycan Naminə Yeni Azərbaycan Partiyasına səs verməyə çağırdı.
Görüşdə çıxış edənlərdən YAP Sabunçu rayon təşkilatının sədr müavinləri Bəxtiyar Qasımov, Məhərrəm Mehrəliyev, YAP Sabunçu rayon Qadınlar Şurasının sədri Ramidə İbrahimova və başqaları çıxışlarında Sabunçu qəsəbə sakinlərini 09 fevral 2020-ci il tarixində keçiriləcək Parlament seçkilərinə gəlməyi və Yeni Azərbaycan Partiyasının namizədi Əliabbas Salahzadəyə səs verməyə çağırdılar.

yap.org.az

Digər xəbərlər