Siyasət

  • 7 919

68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə deputatlığa namizəd Elman Nəsirov təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Günəşli və Alar kəndlərinin seçiciləri ilə görüşüb

image

Yeni Azərbaycan Partiyasının 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə deputatlığa namizədi Elman Nəsirov təbliğat-təşviqat kampaniyası çərçivəsində Günəşli və Alar kəndlərinin seçiciləri ilə görüşdü.

Elman Nəsirov görüşdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son 16 il ərzində qazandığı möhtəşəm uğurlar haqqında konkret faktlar və arqumentlər əsasında geniş məlumat verdi. O qeyd etdi ki, dövlət başçısının dərinləşən islahatlar kursu həm ölkə, həm də beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda onun milli maraqlara söykənən müstəqil siyasəti sayəsində Azərbaycan dünyada sabitlik adası kimi tanınmışdır. Ölkəmiz dünyaya təkcə neft və qaz deyil, eyni zamnada multikultural dəyərlər və birgəyaşayış mədəniyyəti ixrac edir. Bu səbəbdən Azərbaycan dünya miqyasında etibarlı tərəfdaş kimi qəbul edilir.
Sonra seçicilər Yeni Azərbaycan Partiyasının namizədinin seçki platforması ətrafında fikir mübadiləsi apardılar.
Deputatlığa namizəd həmçinin seçicilərin qayğıları ilə maraqlandı, onların suallarına cavab verdi.

yap.org.az.

Digər xəbərlər