Siyasət

  • 7 067

YAP Qusar rayon təşkilatı parlament seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir

image

51 saylı Qusar Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Azər Badamovun növbəti görüşləri rayonun Böyük Muruq, Əcəxur, Uqur və Mucuq kənd seçiciləri ilə keçirilib.

Görüşü YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov açaraq, seçicilərə Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı uğurları barədə məlumat verib. Rayon təşkilat sədri deputatlığa namizədi Azər Badamovun fəaliyyətini diqqətə çəkib.

Görüşdə deputatlığa namizəd Azər Badamov çıxış edərək, YAP-ın bu seçkilərə "Daha güclü Azərbaycan naminə" şüarı ilə qatıldığını bildirərək, millət vəkili seçiləcəyi təqdirdə, bu etimadı doğrultmağa çalışacağını vurğulayıb. Tədbirdə iştirak edən YAP Qusar rayon təşkilatı idarə heyətinin üzvü Məzahir Əzizov partiyanın namizədi A.Badamovun parlametdəki fəaliyyəti barədə görüş iştirakçılarını məlumatlandırıb. O, seçiciləri Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş A.Badamova səs verməyə çağırıb.

Görüşdə çıxış edən seçicilər Ayib Cərullayev, Əzizə Səlimxanova, Zərinə Həsənova, Ruslan Teymurov, Sedulla Xanbabayev, Tahirə Kazımova, Qədim İsayev və Yavər Əliquliyev Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəkləyərək, deputatlığa namizəd A.Badamova yekdilliklə səs verəcəklərini bildiriblər.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər