Siyasət

  • 6 032

YAP-ın namizədi Ağalar Vəliyevin seçicilərlə silsilə görüşləri uğurla davam etdirilir

image

Yeni Azərbaycan Partiyasından 97 saylı Goranboy –Ağdam-Tərtər Seçki Dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınmış Ağalar Vəliyevin “Daha güclü Azərbaycan naminə” şüarı altındakı təbliğat kampaniyası və seçicilərlə silsilə görüşləri uğurla davam etdirilir. Yanvarın 21-də Goranboy rayonunda yerli seçki qərargahının üzvləri və ictimaiyyətin nümayəndələri ilə birgə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib və abidənin önünə tər gül-çiçək dəstələri qoyub, eləcə də, 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə rayonun Şəhidlər Xiyabanını ziyarət edib və şəhidlərin ruhunu ehtiramla yad edib.

Ağalar Vəliyev rayonun Qızılhacılı qəsəbəsində, Tatarlı və Tapqaraqoyunlu kəndlərində Azərbaycanın Milli Qəhrəmanları Niyazi Aslanovun, Sərxan Ocaqverdiyevin, Yunis Əliyevin və şəhid atası Tariyel Abbasovun ailə üzvlərilə görüşüb. Səmimi keçən görüşlərdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan söz açılılıb və xüsusi vurğulanıb ki, son 16 il ərzində şəhid ailələrinə və Qarabağ əlillərinə 7500 - dən çox mənzil və fərdi yaşayış evi ,7000-ə yaxın minik avtomobili verilmiş, 18000-dək şəhid vərəsəsi 11 000 manat məbləğində birdəfəlik ödəmə ilə təmin edilib.
Ağalar Vəliyev görüşlər zamanı milli qəhrəman və şəhid ailələrinin problemləri ilə maraqlanmış və bildirib ki , şəhid ailələri, Qarabağ əlilləri və onlara bərabər tutulan şəxslər bundan sonra da dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunacaq. Görüş iştirakçıları tərəfindən, ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub.
Təbliğat kampaniyası ilə əlaqədar olaraq, Ağalar Vəliyev, eyni zamanda, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbə, Yuxarı Ağcakənd qəsəbə, Börü kənd, Qaraçinar kənd və Yenikənd kənd seçiciləri ilə də görüşüb.
Qeyd edək ki, görüşlərdə YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov çıxış edərək, Ağalar Vəliyevin fəaliyyəti barədə geniş məlumat verərək, seçiciləri ona səs verməyə çağırıb. Görüşlərdə çıxış edən Ağalar Vəliyev seçicilərə öz seçki platforması barədə məlumat verib, onların problemlərini dinləyib və əminliklə bildirib ki, bu gün xalq-dövlət vəhdətinin təməlində, məhz xalqın maraqlarının təmin olunması reallığı dayanıb və o, bütün fəaliyyəti ilə bu maraqların inkişafına öz töhfəsini verməyə daim hazırdır.
"Biz öz seçimimizi etmişik, fevral ayının 9-da Ağalar Vəliyevə yekdilliklə səs verəcəyik" deyən seçicilər onun namizədliyini dəstəkləyəcəklərini, birmənalı olaraq, vurğulayıblar.
Ağalar Vəliyevin növbəti görüşü yanvarın 22-də Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində keçirilib. Görüşdə Goranboy YAP rayon təşkilatının yerli qərargah üzvləri, ictimaiyyətin nümayəndələri, Qarabağ müharibə veteranları şəhid ailələri, veteranlar və çoxsaylı kənd sakinləri iştirak ediblər.
YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov görüşü açaraq, YAP tərəfindən namizədliyi irəli sürülmüş Azərbvaycan Respublikasının Milli Məclisinə namizəd Ağalar Vəliyevin 2015-2019-cu illər ərzində, deputat kimi fəaliyyəti barədə seçicilərə ətraflı məlumat verib.
Görüşdə çıxış edən təbliğat qrupunun üzvü Nofəl Köçərli bildirib ki, ötən müddət ərzində Milli Məclisin üzvü kimi Ağalar Vəliyev seçicilərin etimadını layiqincə doğruldub. Bir deputat kimi, Ağalar Vəliyev seçicilərin qaldırdıqları problemlərin həlli istiqamətində əməli köməklik göstərilib, daima seçicilərlə yüksək səviyyədə işgüzar görüşlər keçirilib.
Görüşdə çıxış edən qərargah üzvüləri Müsəddiq Qədimov, Müşfiq Sadıqov Zeyvə kənd sakini Nəmət Abbasov, Leyla Rəsulova, Müsəllim Kazımov, Məhyəddin İbrahimov Şəfəq kənd sakinləri Kamran Məmmədov, Zakir Rəcəbov, Cama Abdullayev çıxış edərək, Ağalar Vəliyevin Yeni Azərbaycan Partiyası tərəfindən 97 saylı Goranboy-Ağdam - Tərtər Seçki Dairəsindən VI çağırış Milli Məclisə namizədliyinin irəli sürülməsini yüksək alqışlayıblar. Onlar 9 fevral 2020-ci ildə YAP yenidən növbəti qələbəsinə imza atacaq və Ağalar Vəliyev öz seçicilərinin etimadını qazanacaq.
Görüşdə çıxış edən Azərbvaycan Respublikasının Milli Məclisinə namizəd Ağalar Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə apardığı köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə ətraflı məlumat verərək, bildirib ki, son 16 il ərzində ölkəmiz böyük bir tərəqqi yoluna çıxmışdır. Bəzi iqtisadi göstəricilərə görə, nəinki MDB məkanında, hətta dünya dövlətləri sırasında öncül sıra yerlərdən birini tutmuşdur.
Ağalar Vəliyev çıxışının sonunda bildirib ki, əgər ona yenidən etimad göstəriləcəksə, seçicilərin etimadını doğruldacaq. O, bütün seçicilərinə səmimi minnətdarlığımı bildiririb və hər birinini seçkilər günü fəal olmağa səsləyib, uğurlar arzulayıb.

sia.az


Digər xəbərlər