Siyasət

  • 5 737

Deputatlığa namizəd Musa Quliyev vətəndaş cəmiyyətinin nümayədələri ilə görüşüb

image

YAP-ın 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədi Musa Quliyevin növbəti görüşü Gəncədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının fəalları ilə olub. Deputatlığa namizəd Musa Quliyev ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu sahəsində görülən işlər, qəbul olunan qanunlar, vətəndaş cəmiyyətinin inkişafı və hüquqları barədə məlumat vermiş, keçirilən bütün seçkilərdə vətəndaş cəmiyyəti üzvlərinin yüksək fəallığını təqdir etmişdir.

Musa Quliyev eyni zamanda Azərbaycanın dünyada nüfuzunun və demokratik dövlət imicinin güclənməsində qht sektorunun rolu və vəzifələri haqqında da öz fikirlərini söyləmişdir. Depuatlığa namizəd Yeni Azərbaycan Partiyasının vətəndaş cəmiyyətinin inkişafında aparıcı rolunu vurğulamış, milli qhtlər ilə əməkdaşlığa maraqlı olduğunu və onlara dəstək verdiyini də qeyd etmişdir.
Görüşdə çıxış edən QTH fəalları vətəndaş cəmiyyətinin formalaşmasında və inkişafında cənab Prezident İlham Əliyevin dəstək və qayğısını həmişə hiss etdiklərini bildirmiş, növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının kursunu Gəncəlilər tərəfindən bir mənalı olaraq dəstəklədiklərini ifadə etmişlər.
Görüş iştirakçıları YAP-ın namizədi Musa Quliyevin vətəndaş cəmiyyəti üzvləri ilə sıx, işgüzar əlaqələrini xüsusi olaraq qeyd etmiş və milli məclisdə onu öz təmsilçiləri olaraq gördüklərini bildirmişlər.

yap.org.az

Digər xəbərlər