Siyasət

  • 5 982

Yeni Azərbaycan Partiyasının namizədi Eldar Əsədovun seçicilərlə ilk görüşü keçirildi

image

95 saylı Tərtər Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Eldar Əsədovun seçicilərlə ilk görüşü keçirildi.

Görüşdə çıxış edən YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov qeyd etdi ki, müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə ilk Parlamentinin formalaşdırıldığı vaxtdan bu günə qədər keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyası hakim və ümumxalq partiyası statusuna layiq olduğunu sübut edərək seçkilərdə mütləq qalibiyyətini təmin edib. 9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərinə də partiyamız ciddi hazırlaşmış, 123 seçki dairəsinə özünün layiqli namizədlərini irəli sürmüşdür. O cümlədən, VI çağırış Milli Məclisə Seçkilərdə iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən 95 saylı Tərtər Seçki Dairəsindən Əsədov Eldar Garay oğlunun namizədliyi irəli sürülüb.
Deputatlığa namizəd Eldar Əsədov çıxış edərək ölkəmizin hərtərəfli inkişafı, dövlətimizin beynəlxalq aləmdə artan nüfuzu, əhalinin sosial rifah halının durmadan yaxşılaşdırılması istiqamətində görülən işlərdən, eləcə də, bu gün Yeni Azərbaycan Partiyasının dövlət və xalq naminə yürütdüyü siyasətdən və qeyd olunan məsələlərin reallaşdırılmasında YAP üzvlərinin əzmkarlıqlarından və göstərdikləri şəxsi nümunədən danışaraq, əmin olduğunu bildirdi ki, xalqımız bu dəfəki Parlament seçkilərində də haqqa-ədalətə, dövlətçiliyimizin möhkəmlənməsinə səs verərək YAP-ın qələbəsinin təmin edəcəklər.

yap.org.az

Digər xəbərlər