Siyasət

  • 6 217

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Eldəniz Səlimov seçicilərlə görüşləri davam edir

image

YAP Xaçmaz rayon təşkilatı 09 fevral 2020-ci il tarixində keçiriləcək Milli Məclisə seçkilərinin Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Eldəniz Adil oğlu Səlimovla Çarxı, Xanlıqoba kənd seçiciləri ilə görüşü keçirilmişdir.

Görüşü giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xan-Babayev açaraq qeyd etmişdir ki, ölkəmizdə Möhtərəm Prezidentimiz tərəfindən aparılan uğurlu islahatların nəticəsidir ki, dövlətimiz günü-gündən inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır, bütün bunlara görə Möhtərəm Prezidentimizə təşəkkür və minnətdarlığımızı bildiririk.
Milli Məclis deputatlığına namizəd Eldəniz Adil oğlu Səlimovun ötən çağırışda fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Tədbirdə Abasyar Heydərov, Eldar Qurbanov, Rəsmiyyə Quliyeva və başqaları çıxış edərək bildirmişlər ki, 9 fevral 2020-ci ildə keçiriləcək seçkilərdə YAP-ın namizədinə səs verməklə partiyamıza, dövlətimizə, dövlətimizin uğurlu siyasətinə və nəhayət Heydər Əliyev ideyalarına səs vermiş olacağıq.

yap.org.az

Digər xəbərlər