Siyasət

  • 5 817

YAP Ağdam rayon təşkilatı təbliğat kampaniyasını uğurla davam etdirir

image

Ağdam rayonu Əhmədağlı kəndində fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin “Daha güclü Azərbaycan naminə” şüarı ilə təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı işini uğurla davam etdirir.

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı məsul işçiləri Tofiq Cəfərov, Seyyad Mirzəyev və Elmin Məmmədov çıxış edərək ölkəmizdə və Ağdamda görülən işlər, həyata keçirilən layihələr hər bir vətəndaşın gözü önündə baş verdiyini bildiriblər. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son 16 il ərzində gördüyü işlər haqqında seçicilərə geniş məlumat vermiş, aparılan uğurlu, məqsədyönlü siyasətin nəticələrini seçicilərin nəzərinə çatdırmışdır. Son illərdə ölkəmizin iqtisadi qüdrətinin artması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məhz cənab Prezidentin pardığı islahatlar nəticəsində mümkünlüyü vurğulanmışdır.
Seçicilər çıxışları zamanı öz razılıqlarını bildirərək Yeni Azərbaycan Partiyasının namizədini dəstəklədiklərini bildirdilər.

yap.org.az

Digər xəbərlər