Siyasət

  • 5 905

Deputatlığa namizəd Nəsib Məhəməliyevin Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüşü keçirilib

image

Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının Seçki Qərargahında 109 saylı Balakən seçi dairəsindən deputatlığa namizəd Nəsib Məhəməliyevin rayonun Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüşü keçirilib.

Görüşdə N.Məhəməliyev dövlətimizin daim qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə qayğı göstərdiyini deyib.
Fevralın 9-da ölkəmizdə parlament seçkilərinin keçiriləcəyini deyən deputatlığa namizəd Yeni Azərbaycan Partiyasının seçki proqramında dab u məsələlərə xüsusi yer verildiyini söyləyib.
Qarabağ veteranları adından çıxış edən Sarvan Şibliyev, Novruz Abdullayev, keçdikləri döyüş yolundan, şəhid olan balakənlilərin qəhrəmanlıqlarından söz açıblar.
Görüşün sonunda deputalığa namizəd Nəsib Məhəməliyev verilən sualları cavablandırıb.

yap.org.az

Digər xəbərlər