PDF Oxu

Siyasət

  • 557

YAP Tovuz rayon təşkilatının ərazi partiya təşkilatlarında tədbirlər keçirilib - FOTOLAR

image

YAP Tovuz rayon təşkilatının Yanıqlı, Əhmədabad, Qəribli və Sarıtala ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbirlər keçirilib.

İlk öncə Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirlərdə YAP Tovuz rayon təşkilatının sədr müavini, qurultay nümayəndəsi İlqar Kərimov, aparatın məsləhətçisi Kamran Qasımov, Yanıqlı kənd ərazi partiya təşkilatının sədri Yaqub Qasımov, Qəribli kənd ərazi partiya təşkilatının sədri Allahyar Rəhimov, Əhmədabad kənd ərazi partiya təşkilatının sədr müavini Niyaz Qocayev, Sarıtala kənd ərazi partiya təşkilatının sədr müavini Habil Həsənov və partiya fəalları iştirak edib.

YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov, ərazi partiya təşkilatının sədr və müavinləri çıxışlarında Yeni Azərbaycan Partiyasının qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri, siyasi sabitliyin qorunması, partiya üzvlərinin siyasi fəallığının artırılması və milli-mənəvi dəyərlərin təbliği məsələləri qeyd olunmuşdur. Bununla yanaşı, ölkədə həyata keçirilən islahatların əhəmiyyəti, rəqəmsal inkişafın genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafı və mövqelərinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə toxunulmuşdur. Çıxış edənlər partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, üzvlər ilə əlaqələrin genişləndirilməsi, və qarşıya qoyulan vəzifələrin icrasında partiya üzvlərinin fəallığının artırılmasının vacibliyini bildirmişlər.

Digər xəbərlər