Siyasət

  • 6 188

YAP-ın deputatlığa namizədi Kamilə Əliyeva Zaqatala rayonunda seçicilərlə görüşüb

image

Yanvarın 23-də YAP-ın deputatlığa namizədi Kamilə Əliyeva Zaqatala rayonunda bir neçə kənddə seçicilərlə görüşüb. Yeni Azərbaycan Partiyasının namizədi Kamilə Əliyeva təbliğat-təşviqat kampaniyası çərçivəsində günün birinci yarısında Zaqatala rayonun Yolayrıc və Höytala kəndlərinin sakinləri ilə genişmiqyaslı görüş keçirib. Günün ikinci yarısı isə onun Zaqatala rayonun Danaçı kənd sakinləri ilə fərdi görüşlər təşkil olunub. Görüşdə Kamilə Əliyeva, Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov, digər səlahiyyətli nümayəndələr iştirak etmişdir.

Kamilə Əliyeva ölkə prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətində əladə olunmuş uğurlardan, Zaqatala rayonuna tarixi səfərləri zamanı verilmiş sərəncamlardan və görülmüş işlər barəsində seçicilərə geniş məlumat verdi .
Eyni zamanda Kamilə Əliyeva, Habil Qurbanov geniş məzmunlu çıxış edərək Kamilə xanımın bundan əvvəlki iki çağırış millət vəkili kimi gördüyü işlərdən, fəaliyyətindən bəhs edərək sakinləri seçkilərdə aktiv iştirak etməyə, layiqli namizədə səs verməyə səslədilər. Namizəd Kamilə Əliyeva çıxışı zamanı deputat olduğu dönəmdə göstərdiyi fəaliyyətindən, aparılan dövlət siytasətindən söz açmışdır. Sonra görüş diskussiya şəklində davam etdirilmişdir. Sakinlər tərəfindən səsləndirilən təklif və problemlər dinlənilərək qeydə alınmışdır.
Görüşlərdə yuxarıda sadalanan kəndlərin seçiciləri, ağsaqqallar, ağbirçəklər, gənclər olmaqla, ümumilikdə 200-ə yaxın insan iştirak etmişdir. Kamilə xanım bu görüşdə insanların ümumilikdə və fərdi şəkildə etdiyi müraciətlərə diqqətlə qulaq asaraq aidiyyatı üzrə baxılması üçün qeydlərini götürmüşdür.
Fərdi görüşlər zamanı seçicilər millət vəkilliyinə namizəd Kamilə xanım Əliyevaya qarşıdan gələn seçkilərdə və gələcək fəaliyyətində uğurlar arzuladılar.

yap.org.az

Digər xəbərlər