Siyasət

  • 6 359

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın seçicilərlə görüşləri davam edir

image

41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın Sumqayıt şəhəri 17-ci mikrarayonda yaşayan sakinlərdə iki görüş keçirmişdir.

Görüşlərdə Sumqayıt Dövlət Universitetinin pedaqoji təcrübə rəhbəri, ağsaqqal Əvəz Mahmudov, Sumqayıt şəhər 1 saylı Doğum Evinin baş həkimi Təranə Rəcəbli, Sumqayıt Dövlət Texniki Kollec direktoru Mətanət Pirquliyeva, Dünya və Olimp Ticarət Mərkəzinin rəhbəri Lətifə Əhmədova, Prezident yanında Beynəlxalq Humanitar Yardım Komissiyasının üzvü, Tərəqqi Sosial İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri İndira Şəmsivari, Ağsaqqallar Şurasının üzvü Akif Kərimov, gənc fəal Xəyal Yusifzadə və başqaları çıxış edərək Hicran Hüseynovanın fəaliyyəti, onun elmi, pedaqoji və dövlət məmuru kimi böyük təcrübəsindən bəhs edilib, həmçinin Azərbaycanda siyasi elmlər üzrə doktorluq dərəcəsi alan ilk qadın alim olduğu bildirilib. Görüşlərdə həmçinin, Hicran Hüseynovanın atası tanınmış ictimai və dövlət xadimi Kamran Hüseynovun Sumqayıt şəhərində gördüyü işlərdən və bu şəhərin sənaye mərkəzinə çevrilməsində onun böyük xidmətlərindən bəhs edib.
Çıxış edənlər həmçinin Ulu Öndər Heydər Əliyevin və Partiyanın sədri, Prezident İlham Əliyevin apardığı sürətli, dinamik islahatlardan bəhs edərək ölkənin hər yerində olduğu kimi Sumqayıtın abadlaşmasından, insanların rifah halının yaxşılaşdığını bildiriblər.
Sonda Hicran Hüseynova seçiciləri fevralın 9-da Azərbaycan Respublikasının Mili Məclisinə keçiriləcək azad, demokratik seçkilərdə fəal iştirak etməyə, öz siyasi iradələrini göstərməyə səsləyib.
Görüş zamanı vətəndaşlar tərəfindən səsləndirilən təklif və müraciətlər dinlənilib və müvafiq tədbirlərin görülməsi üçün qeydə alınmışdır.

yap.org.az

Digər xəbərlər