Yeni Azərbaycan Partiyasının 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyevin seçicilərlə görüşləri davam edir

Yeni Azərbaycan Partiyasının 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyevin daha bir görüşü rayon ərazisində salınmış ABAD həyətdə yerli sakinlərlə keçib. Açıq havada baş tutan görüşdə E.Allahverdiyev seçicilərinə öz platforması barədə məlumat verib, Milli Məclisə seçiləcəyi tədqirdə 17 saylı dairə hüdudlarında yaşayan bütün vətəndaşlarımızın problemlərinin həllinə köməklik göstərməyə çalışacağını bildirib. Bunun üçün daimi işləyən qərargah fəaliyyət göstərəcək və istənilən şəxs problem və təklifləri ilə E.Allahverdiyevə müraciət edə biləcək.
Son illərdə Yasamal rayonunun simasının müsbətə doğru dəyişilməsi, infrastrukturun yenilənməsi, əhalinin istirahəti üçün rahat parkların salınması, yolların təmiri istiqamətində irimiqyaslı işlər görüldüyünü deyən E.Allahverdiyev bildirib ki, deputat seçilərsə, pozitiv dəyişikliklərin davam etdirilməsi yönündə səylər göstərəcək, vətəndaşlarla parlament arasında körpü rolunu oynayacaq.

yap.org.az