Siyasət

  • 5 969

Deputatlığa namizəd Aydın Mirzəzadə Mingəçevir şəhərində Heydər Əliyev küçəsi 56 ünvanında yaşayan seçicilərlə görüş keçirib

image

Yeni Azərbaycan Partiyasının (YAP) 47 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizədi Aydın Mirzəzadə Mingəçevir şəhərində Heydər Əliyev küçəsi 56 ünvanında yaşayan seçicilərlə görüş keçirib.

Əvvəlcə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov 9 fevral parlament seçkilərinin əhəmiyyəti haqqında danışıb. Daha sonra o, deputatlığa namizəd Aydın Mirzəzadənin fəaliyyəti haqqında məlumat verib.
Yeni Azərbaycan Partiyasının seçki platforması və öz fəaliyyəti barəsində məlumat verən deputatlığa namizəd Aydın Mirzəzadə qeyd edib ki, partiyanın Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub: “Aparılan uğurlu islahatlar nəticəsində dövlətimiz gündən-günə inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır. Təbii ki, bütün bunlara görə Prezidentimiz cənab İlham Əliyevə təşəkkür edirik. Şübhə yoxdur ki, bu inkişaf qarşıdakı illərdə daha da artacaqdır”.
A.Mirzəzadə seçiciləri fevralın 9-da fəal olmağa, layiqli namizədə səs verməyə çağırıb.

yap.org.az

Digər xəbərlər