Siyasət

  • 6 040

Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb

image

Yeni Azərbaycan Partiyasının 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd Kamran Bayramovun seçicilərlə görüşləri davam edir.

Deputatlığa namizəd Şəmkirin Mehrili kəndini gəzib, seçicilərin qapılarını döyüb, kənd ağsaqqalarının və ziyalılarının evlərində qonaq olub. Həmçinin seçki təşviqatı aparıb.
Kamran Bayramov Mehrili kəndindən sonra Abbaslı kəndində olub. Görüşdə əsasən təhsil işçiləri iştirak edib. Təşviqatını aparıb, insanları danışıb, onların problemlərini dinləyib.
Abbaslı kəndinin seçiciləri də seçimlərinin birmənalı olaraq Yeni Azərbaycan Partiyası olduğunu qeyd ediblər.
Deputatlığa namizəd sonra Abbaslı kəndini gəzib, insanların gündəlik həyatını canlı seyr edib. Yolüstü şəhid Ələmdar Ələkbərovun qardaşı Allahyar müəllimlə görüşüb. Şəhidimizin ailəsi deputatlığa namizədi evində qonaq edib, çay süfərsi açıb və Kamran Bayramova xeyir-duasını verib.
Kamran Bayramov Abbaslıda digər evləri də gəzib, insanlarla görüşüb, onları dinləyib, seçki təşviqatını aparıb.

yap.org.az

Digər xəbərlər